SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Meriyanın qarşısına aksiya təyin edildi

Meriyanın qarşısına aksiya təyin edildi

Tarix:

1-10-2019, 10:32

/ 839 dəfə oxundu.
Meriyanın qarşısına aksiya təyin edildi

Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında etiraz aksiyası keçirəcyini bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, saat 12.00-a təyin edilən aksiyanın əsas tələbi sərbəst toplaşmaq azadlığının təmin olunmasıdır. Təşkilatçılar aksiyaya razılıq verilməsə belə, BŞİH-in qarşısında toplaşmaqda israrlıdır.

Xatırladaq ki, Milli Şura və AXCP bundan əvvəl sentyabrın 28-nə mitinq təyin etmişdi. BŞİH aksiyanın Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsini təklif etmişdi. Lakin təşkilatçılar bu təklifi sərbəst toplaşmaq azadlığına qadağa kimi dəyərləndirərək Lökbatana getməkdən imtina etmişdi.

Şərhlər

XƏBƏR LENTİ