SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Göyçay sakini Ramil Usubova müraciət etdi -ŞİKAYƏT

Göyçay sakini Ramil Usubova müraciət etdi -ŞİKAYƏT

Tarix:

30-03-2017, 12:09

/ 16 313 dəfə oxundu.
Göyçay sakini Ramil Usubova müraciət etdi -ŞİKAYƏT

xalqxeber.az-a Göyçay rayon Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən şikayət məktubu daxil olub.Şikayətçi Səbuhi Quliyev qardaşından rüşvət alan polis əməkdaşlarının və bunun üstünü ört-basdır edən vəzifəli şəxslərin cəzalandırılmasını mətbuat vasitəsi ilə Daxili İşlər Naziri Ramil Usubovdan xahiş edir.Şikayəti olduğu kimi dərc edirik.

"Bu şikayətimdə yazıb bildirirəm ki, Dövlət Yol Polisi mənim qardaşım Akifi qanunsuz olaraq saxlayıb ondan 50 manat pul alıdıqdan sonra sərbəst buraxmışdır.
Belə ki. 05 yanvar 2017-ci il tarixdə 514 nömrəli Yol Polis Patrul Xidməti avtomobilində həmin günü xidmət aparan polis əməkdaşları mənim qardaşım Quliyev Akif Fəxrəddin oğlunun idarə etdiyi Mersedes markalı 10 TS 299 nömrəli avtomobili qanunsuz olaraq saxlayıb heç bir protokol tərtib etmədən 50 manat rüşvət alıb sərbəst buraxmışdırlar.Mən bu barədə DİN-nin 102 xidmətinə şikayət etdim.Şikayətimi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin yüksək vəzifəli əməkdaşı Nuşirəvan Səfərov və təhqiqatçı Azad Əlizadə araşdırıb qardaşımdan rüşvət almış polis əməkdaşlarının cinayət əməlinin üstünü ört-basdır etdilər. Adınıda belə qoydu ki, polis əməkdaşlarının qardaşın Akifdən rüşvət alması avtomobilidə olan müşahidə kamerasına düşməyib.Mən isə polis zabiti Nuşirəvan Səfərova bildirdim ki, Yol Polis Patrul Xidməti avtomobilindəki kamera qarşıdakı maneələri çəkir mənim qardaşımdan pulu isə avtomobildə alıblar ki, kameraya düşməsin.Mən Nuşirəvan Səfərova sual etdim qayda pozması ilə saxlanılan qardaşıma həmin polis əməkdaşları nə üçün qardaşıma protokol tərtib etməyiblər, ediblərsə hanı ? Qanusuz əməllərinə don geyindirmək üçün həmin polis əməkdaşı barədə inzibati tədbir görüldüyünü qeyd edib.
Bir daha bildirirəm ki, 05 yanvar 2017-ci il tarixdə Bakı şəhərində 514 nömrəli Yol Polis Patrul Xidməti avtomobilində həmin günü xidmət aparan polis əməkdaşları mənim qardaşım Akifi qanunsuz olaraq saxlayıb heç bir protokol tərtib etmədən 50 manat rüşvət alıb sərbəst buraxmışdırlar.Bu cinayət əməlidir ki. həmin polis əməkdaşları etmişdilər.Bu cinayətin üstünü rüşvət alıb ört-basdır edən polis zabiti Nuşirəvan Səfərovda qanunsuzluq edib ki. onların barəsində qanunu tədbirlər görülməsini xahiş edirəm.Cənab Ramil Usubovun bu cinayətkar soyğunçulardan xəbəri yoxdur.Buna görə də Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm 05 yanvar 2017-ci il tarixdə mənim qardaşım Akifi qanunsuz olaraq saxlayıb heç bir protokol tərtib etmədən 50 manat rüşvət almış 514 nömrəli Yol Polis Patrul Xidməti avtomobilində həmin günü xidmət aparan polis əməkdaşları barədə tədbir görəsiniz."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

Göyçay sakini Ramil Usubova müraciət etdi -ŞİKAYƏT
Göyçay sakini Ramil Usubova müraciət etdi -ŞİKAYƏT
Göyçay sakini Ramil Usubova müraciət etdi -ŞİKAYƏT
Göyçay sakini Ramil Usubova müraciət etdi -ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ