SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elinanın intihar etdiyi məktəbin yeni direktoru o oldu

Elinanın intihar etdiyi məktəbin yeni direktoru o oldu

Tarix:

17-09-2019, 14:12

/ 1 352 dəfə oxundu.
Elinanın intihar etdiyi məktəbin yeni direktoru o oldu

Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb.

A. Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda həmin iş üzrə məhkəmə keçirilir.

Şərhlər

XƏBƏR LENTİ