SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » BDU-nun MÜHAFİZƏSİNDƏ ÖZBAŞINALIQ

BDU-nun MÜHAFİZƏSİNDƏ ÖZBAŞINALIQ

Tarix:

17-09-2019, 14:04

/ 2 300 dəfə oxundu.
BDU-nun MÜHAFİZƏSİNDƏ ÖZBAŞINALIQ

Aldığımız məlumata görə,BDU-da son günlər ciddi yoxlamalara və islahatlara başlanılıb.Məhz elə çatışmazlıqlardan biri də BDU-nun mühafizə xidmətində yaşanır.Mühafizə xidmətinin rəhbəri Kənan Mehdiyev və onun müavini Paşa Quliyev verilən tapsırıqlara və göstərişlərə məhəl qoymayaraq mühafizə xidmətini öz qanunlari ilə,öz istədikləri kimi idarə edirlər.
Kənan Mehdiyev BDU-nun keçmiş mühafizə xidmətinin rəisi Mahir Höcətovun idarəetmə sistemini bərpa etdirmək niyyətindədir.Xatırladaq ki,Mahir Höcətov tələbələrə qarşı etdikləri haqsızlıqlarla,kobudluq etməsi ilə yaddaşlarda qalmışdır.O da təsadüfi deyil ki,Kənan Mehdiyev vəzifəyə təyin olunduqdan sonra Mahir Höcətov BDU-ya gələrək öz töhfələrini yeni rəisə vermişdir və rəisin otağında baş tutan söhbət xeyli davam etmişdir.
Redaksiyamiza verilən məlumata görə Kənan Mehdiyev Mahir Höcətovun zamanındakı maxinasiyaları yene de davam etdirmək fikrinə düşmüşdür və daha sonra rektorun tapşırığı ilə ciddi yoxlamalara başlanılmışdır.
Deyilənə görə,Kənan Mehdiyev və müavini Paşa Quliyev universitetin müəllimlər üçün nəzərdə tutulmuş avtomobil dayanacağına tələbələrdən 150 manat haqq alaraq həmin dayanacaqlarda yer verilmişdir və sonra rektor xəbər tutduqdan sonra bunun da qarşısı alınmışdır
Digər bir məlumata görə mühafizə xidmətinin əməkdaşları tələbə qızları narahat edərək nömrə tələb edirmişlər.Əlacsız qalan tələbə qızlar rəis müavini Paşa Quliyevə şikayət etsələr də,Paşa Quliyev maddi maraq müqabilində bu işi ört-basdır edirmiş.
Məlumatda o da bildirilir ki,bu cütlük mühafizə xidmətinə öz qohumlarının adını yazdırmaqla xeyli miqdarda pul mənimsəmək istəyiblər bu işin də səsi yayıldıqda isə bu iş də yarı-yarımçıq qalıb
Bütün bu özbaşınalıqların artması Kənan Mehdiyevin yuxarılarda daydayı olması ilə əlaqələndirilir.Paşa Quliyevin də Kənan Mehdiyevə arxalandığı bildirilir
Ümid edirik aidiyyatı orqanlar bu özbaşınalıqla ciddi məşğul olub,problemləri aradan qaldırarlar.
BAKI DÖVLƏT ÜNİVERSİTETİ ALİ TƏHSİL OCAĞIDIR və ÖZƏL BİZNES SEKTORU DEİLKİ ÜRƏKLƏRİ İSTƏYƏN KİMİ İDARƏ ETSİNLƏR!
QARŞI TƏRƏFİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ!

BakıSesi.com

Şərhlər

XƏBƏR LENTİ