SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Təhsil Nazirliyində Ceyhun Bayramova cəbhə açan “CƏSARƏT SAHİBLƏRİ”

Təhsil Nazirliyində Ceyhun Bayramova cəbhə açan “CƏSARƏT SAHİBLƏRİ”

Tarix:

17-09-2019, 11:13

/ 778 dəfə oxundu.
Təhsil Nazirliyində Ceyhun Bayramova cəbhə açan “CƏSARƏT SAHİBLƏRİ”

Ulu öndərin millətin gələcəyi adlandırdığı təhsil sistemində son illərdə aparılan ardıcıl islahatlar bu sahədə inqilabi dəyişikliklərə səbəb olub. Xüsusilə şəffaflığın və demokratik mühitin təmin olunması dövlətin prioritet sahələrindən olan təhsil sistemində korrupsiyanın və rüşvətin minimuma enməsinə gətirib çıxarıb. Cənab prezidentin böyük etimad göstərərək sizi Təhsil naziri təyin etməsindən sonra aparılan islahatlarda yeni bir mərhələ başlandı. Peşəkarlıq və məsuliyyət, dövlətçiliyə yüksək sədaqət hissi nazir kimi fəaliyyətinizin əsas prioritetləridir. Məhz bu amillərin vəhdəti qısa müddət ərzində böyük nailiyyətlər qazanmanıza səbəb olub.
Hər bir uğurun arxasında vahid ideya ətrafında birləşərək çalışan bir kollektivin zəhməti durur. Bu gün Təhsil nazirliyində sizin rəhbərliyiniz altında belə bir komanda çalışır. Amma... Cənab nazir, bu “amma”nı böyük təəssüf hissi ilə yazırıq, çünki bu komandanın tərkibində oturduğu budağı baltalayan, uğurlara kölgə salmağa , şəxsən sizin müsbət imicinizə ləkə salmağa çalışan kadrlar da var. Özü də onlar əhəmiyyətli kürsülərdə oturaraq qaranlıq məqsədlərini reallaşdırırlar.

Vəzifəsi nazirliyin mətbuat mərkəzinə rəhbərlik etmək olan Cəsarət Valehovun əməlləri istənilən dedektiv filmin ssenarisinə çevrilə bilər.

Nəzərinizə çatdırmaq istəyirik ki, C.Valehov öz fəaliyyəti ilə Təhsil nazirliyindən daha çox Dövlət İmtahan Mərkəzinə və onun rəhbəri Məleykə Abbaszadəyə bağlıdır. Nazirlikdə Məleykə xanımın görən gözü, eşidən qulağı funksiyasını oynayan C.Valehov bu işin öhdəsindən məharətlə gəlir. Bir nazirlikdə oturub başqa bir dövlət qurumunun rəhbərinə "şpiyonluq etmək" böyük cəsarət tələb etdiyindən Cəsarət Valehovun bu funksiyanı uğurla yerinə yetirdiyini demək olar. Nazirlik haqqında kompramatların DİM-nə necə sızmasının, vaxtaşırı Məleykə xanımın Təhsil nazirliyini “topa tutması” nın üzərindən sirr pərdəsi qalxmaqdadır. Təhsil nazirliyinin mətbuat mərkəzi bu gün M.Abbaszadənin mətbu ofisinə çevrilib. Beləcə sizin rəhbərlik etdiyiniz nazirliyin fəaliyyətinə kölgə salmaq üçün C.Valehov bütün mümkün vasitələrdən istifadə edir. Yəqin ki, artıq vaxtaşırı müxtəlif KİV-lərdə əsassız olaraq Təhsil nazirliyinin , şəxsən sizin haqqınızda yayılan məlumatların hardan qaynaqlandığını təsəvvür edirsiniz.
Amma sanmayın ki, rəhbərlik etdiyiniz nazirlikdə sizin gördüyünüz işlərə kölgə salmağa çalışan cəsarət sahibi təkcə Cəsarət Valehovdur. Ondan daha cəsarətliləri var ki, hər vəchlə nazirliyin gördüyü işlərə kölgə salmaqla yanaşı öz şəxsi maraqlarını da reallaşdırırlar. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadənin əməlləri elə insan resursları arasında narazılıq toxumları səpməyə yönəlib. Hər həftənin ikinci günləri problemi yaranan müəllimləri qəbul edən M.Camalzadə əslində ümumi sözlərlə qəbula gələnləri yola verməklə məşğuldur. İnanın ki, onun bu “qəbulları” müəllimlər arasında ciddi narazılıq formalaşdırır. Xüsusilə qeyd etmək istərdik ki, onun Təhsilin inkişaf proqramları şöbəsinin müdiri Emin Əmrullayevlə olan “işbirliyi” rəhbərlik etdiyiniz nazirliyin imicinə elə yaralar vurur ki, onu sağaltmaq heç də asan başa gəlməyəcək. İnsan resurslarından təhsilin inkişaf proqramlarında öz bildikləri kimi istifadə edən bu iki şəxs “məsləhət” bildikləri şəxslərin işə qəbulu və s. problemlərini asanlıqla həll edirlər. Amma, bu “həll üsulları” sizə və dövlətin təhsil siyasətinə endirilən zərbədir.
İnanırıq ki, inandığınız kadrların inanılmaz əməllərinin qarşısına tezliklə sədd çəkəcəksiniz. Bu hər kəsdən əvvəl sizin özünüzə lazımdır. “Böyük dayaq” filmində Rüstəm kişi necə deyirdi- “Mənim ailəm bu yumruq kimi olmalıdır. Barmağın biri açılsa kəsib ataram!”

Ardı var...

PS. Yazı hazırlanarkən Təhsil Nazirliyinin mətbuat xidməti C.Valehovla əlaqə saxlamağa cəhd etdik, Amerikada kursda olduğu üçün mövqeyini öyrənə bilmədik.

//rubrika.az//

Şərhlər

XƏBƏR LENTİ