SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO

Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO

Tarix:

13-09-2019, 17:56

/ 1 157 dəfə oxundu.
Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO

Hüquq müdafiəçisi Novella Cəfəroğlu sabiq deputat Hacı Qalib Salahzadə ilə bağlı Baş nazirin müavini Əli Əhmədova şikayət edib.

Unikal.org xəbər verir ki, 11 sentyabrda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada N.Cəfəroğlu bildirib ki, QMİ sədri olan Qalib Salahzadə vətəndaşların Bilgəhdəki torpaqlarını əlindən alaraq orada qaraj tikdirib:

"Məmurların özbaşınalığı hakimiyyətə inamsızlığa gətirib çıxarır. 28 nəfər ərizə yazıb, gətirib ki, Şeyxülislam Allahşükür Paşazadənin qudası torpaqlarımızı əlimizdən alıb. Vətəndaşların əllərində məhkəmə qərarı var ki, torpaqları geri qaytarılsın. Bu addımlar hamısı birbaşa prezidentə qarşı yönəlib. Prezidentin gördüyü yaxşı işləri bu cür məmurlar sıfıra endirir".

Şərhlər

XƏBƏR LENTİ