SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Apteçka”a ilə bağlı RƏSMİ AÇIQLAMA: - Cərimə olunacaqsınız...

"Apteçka”a ilə bağlı RƏSMİ AÇIQLAMA: - Cərimə olunacaqsınız...

Tarix:

12-09-2019, 17:31

/ 1 060 dəfə oxundu.
"Apteçka”a ilə bağlı RƏSMİ AÇIQLAMA: - Cərimə olunacaqsınız...

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında qərar verib. Azərbaycan Baş naziri Novruz Məmmədov sərəncam imzalayıb. Bu Sənəd nəqliyyat vasitələrində (ətraflı burdan baxın) (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) olan dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını müəyyən edir. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.

Bəs “Apteçka”da komplektləşdirilməsini təmin etməsələr sürücüləri hansı cəza gözləyir?

Bu barədə Unikal.org-a Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletlərin hər birində dərman qutusu ("Apteçka") olmalıdır. Bu dərman qutusunun tərkibi Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

DYP rəsmisi bildirib ki, dərman vasitələri və tibbi əşyaların hamısı istismara yararlı vəziyətdə olmalıdır: "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi (29 dekabr 2015-ci il) Maddə 356. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması halına görə, 10 manat cərimə gözləyir".

Şərhlər

XƏBƏR LENTİ