SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Abel Məhərrəmovun kürəkəninin yerinə təyinat

Abel Məhərrəmovun kürəkəninin yerinə təyinat

Tarix:

2-09-2019, 09:48

/ 1 029 dəfə oxundu.
Abel Məhərrəmovun kürəkəninin yerinə təyinat

Azərbaycan daxili işlər orqanlarında növbəti təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Azad Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi təyin olunub.

Xəbəri nazirliyin Baş Mühafizə İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bu təyinata qədər həmin vəzifədə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni polis polkovniki Azər Sadıqov çalışırdı. O, Nabrandakı “El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi.Sonra A.Sadıqov Türkiyədəki klinikada dünyasını dəyişmişdi.

Şərhlər

XƏBƏR LENTİ