SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fit çalan nazir… – 15 ildir xarici siyasətimizə də fit çaldırır!

Fit çalan nazir… – 15 ildir xarici siyasətimizə də fit çaldırır!

Tarix:

31-08-2019, 20:52

/ 1 780 dəfə oxundu.
Fit çalan nazir… – 15 ildir xarici siyasətimizə də fit çaldırır!

Aşağıdakı videoda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda oğlu Riyadın toyunda rəqs etməsi əks olunub. Diqqətlə baxsanız görərsiniz ki, videonun 55-ci saniyəsində hörmətli nazirimiz iki barmağını cütləyib ağzına basaraq fit də çalır…

İnsafən, özünə görə pis də oynamır. Kaş heç olmasa elə oynadığı kimi də olsa danışa biləydi, xüsusilə də bəyənib öyrənmək belə istəmədiyi öz dilimizdə…

Kimsə deyə bilər ki, insanlıq halıdır, kişinin övladının toyudur, sevinir, əylənir və sair. Olsun! Amma hansı məclisdə, hansı toplantıda, tədbirdə olmasından asılı olmayaraq, istənilən insanın davranışı onun sambalından, çəkisindən, dünyagörüşündən və ətrafdakılara münasibətindən, baxışından xəbər verir. Belə hərəkətləri daha çox Rusiya XİN-in hansı yolun yolçusu olduğu bəlli olan Mariya Zaxarovanın ifasında görmək mümkündür ki, ona da hətta Rusiya kimi cəmiyyətdə belə, ikrah hissilə yanaşırlar…

Bu adam Azərbaycanın xarici işlər naziridir və protokola görə, ölkə rəhbərliyini təmsil edən ilk beşliyə daxildir, olduqca ciddi və məsuliyyətli, strateji əhəmiyyətli bir vəzifədədir. Deməli davranışları da ən azından daşıdığı posta uyğun olmalıdır. Bir qədər mühafizəkar baxış kimi görünə bilər, amma hər halda bu adam vaxtilə həmin vəzifəni daşımış Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Məmmədhəsən Hacınski kimi kişilərin, şəxsiyyətlərin varisi sayılır. İndi həmin rəhmətliklər bu mənzərəni, öz xələflərinin hoppanıb-düşüb, küçədə quş uçurdan quşbazlar kimi fit çaldığını, yaxud da nazirliyin strukturlarının, səfirliklərin kimlərlə doldurulduğunu, nə işlə məşğul olduqlarını görsəydilər, bəlkə də çəkdikləri zəhmətlərə, göstərdikləri fədakarlıqlara görə peşiman olardılar…

Paşinyan Şuşaya, Kəlbəcərə gəlib hoqqa çıxarmaq, yallı gedib, şıllaq atmaq, bununla da olan-qalan qürur damarımızı tapdalamaq üçün bəhanə axtarır. Bizimkilər isə övladlarına Nyu-Yorkda, yaxud hansısa Avropa ölkəsində, ya da Bakıdakı elə özlərinə məxsus ən bahalı saraylarda toy edirlər. Və əslində, erməni baş nazirin bu hərəkətləri hər bir sıravi azərbaycanlıdan daha çox elə Məmmədyarova təsir etməlidir – bu, həm də onun şəxsən 15 ildir iştirak etdiyi və 25 ildir davam edən danışıqların yaratdığı mənzərədir. İndi həm də onun sayəsində Azərbaycanın xarici siyasəti elə Məmmədyarovun özü kimi fit çalır!

Hər halda, Azərbaycanın heç olmasa gözümüzə tutmaq üçün işğaldan azad etdiyi bir Cocuq Mərcanlısı var. Olmazdımı ki, həmin bizim bu şanlı nazir Nyu-Yorkda yox, elə xeyli vaxt AzTV-nin ekranlarından düşməyən Cocuq Mərcanlıda oğluna simvolik də olsa bir toy edəydi. Bu, Paşinyanın yallısına, şıllağına pis-yaxşı cavab olmazdımı? Buranın cəbhə bölgəsi olmasında da qorxulu bir şey yoxdur. Çünki ermənilər ən azından uzun illərdir qulağına laylalar çaldıqları və onları tam təmin edən birisinin məclisinə şuluq salmazdılar. Hətta əlacları olsa, özləri də gəlib iştirak edərdilər, nəmər də yazdırardılar!…

Xeyr, nazir cəbhə bölgəsində toy etməkdən qorxmur, sadəcə onun bu münaqişəyə baxış açısı, şəxsi keyfiyyətləri, tipi və nəhayət, ruhu belə şeyləri ağlının ucundan belə keçirəcək bir durumda deyil…

Ümumiyyətlə, vətənpərvərlikdən, dövlətçilikdən, sədaqətdən dəm vuran nazirlərin və iri məmurların övladlarının toy məclislərini cəbhə bölgələrində keçirməyə vadar etmək pis olmazdı. Bu, onlar üçün ən ağır cəzalardan biri olsa da belə…

Acı reallıq onu deməyə əsas verir ki, vətənə hər hansı xidmətini eşitmədiyimiz övladlarını çoxdan Azərbaycandan uzaqlaşdıran bir nazirə elə Nyu-York toy etmək yaraşar. Ancaq orda da nahaq “Azəri torpağının hamımız övladıyıq…” tipli mahnıya oynayırlar. Bəyə də əziyyət verirlər. O yazıq da Müsyo Jordan kimi hərəkətlər edərək, nə qədər çalışsa da özü üçün yad olan bu havaya uyğunlaşa bilmir. Bilməyəcək də… Axı müsyo jordanlar hara, Azəri övladı olmaq hara…

AzPolitika.info
[media=http://m.youtube.com/watch?v=0-G7_d1BvBg]

Şərhlər

XƏBƏR LENTİ