SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanovun müavini Çexiyadakı şirkətini bağladı – Fakt

Cavid Qurbanovun müavini Çexiyadakı şirkətini bağladı – Fakt

Tarix:

15-08-2019, 11:04

/ 941 dəfə oxundu.
Cavid Qurbanovun müavini Çexiyadakı şirkətini bağladı – Fakt

Sosial şəbəkədə məlumatlar yayıldıqdan sonra ADY-nin sədr müavini Çexiyadakı C E T S, s.r.o.şirkətini ləğv edib...
Bir müddət öncə mediada Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş C E T S, s.r.o. şirkətinin həmtəsisçilərindən birinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun müavini Hicran Valehovun olması ilə bağlı sənədlər ictimaiyyətdə yayımlanmışdı. Bu sənədlərdən sonra dərhal hərəkətə keçən Valehov 2017-ci ildə çexiyalılardan aldığı C E T S, s.r.o.şirkətinin ləğvi üçün iyul ayının 17-də Çexiya Ədliyyə Nazirliyinə müraciət edib.

Qeyd edək ki, CE T S, s.r.o.şirkətinin digər hissədarı 2017-ci ildən A L L İ A N C E – G R O U P adlı şirkətdir və bu şirkətin də 50% payçısı Hicran Valehovun qardaşı Məhəmməd Valehovdur. Valehovların şəriki isə Çexiyada yaşayan Aynur Süleymanlı və Aydın Süleymanlı adında şəxslərdir.

Hazırda şirkətin vəsaitinin hara köçürülməsi ilə bağlı PİA.az araşdırma aparır. Araşdırmanın nəticələri ilə oxucularımızı tanış edəcəyik.







PİA.az

Şərhlər

XƏBƏR LENTİ