XalqXəbər.Az

“Kerba Avto” hansı generalındır?

yüklənir...
“Kerba Avto” hansı generalındır?
14-08-2019, 13:06
yüklənir...

Bakıda avtomobil ehtiyat hissələrinin satışı və təmir mərkəzi kimi fəaliyyət göstərən “Kerba Avto” adlı obyekt Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədova məxsusdur.
“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı jurnalist Cavanşir Həsənli yayıb. Məlumata görə, obyekt Babək prospekti 32K ünvanında yerləşir.

“Kerba Avto” keçmiş nazirin qardaşı oğlu Əhmədov Fuad Əvəz oğlunun adına rəsmiləşdirilib.

Ötən ilin aprelində sahəsi 1093,9 kv metr olan obyektin tikintisinə ikimərtəbəli olmaqla icazə verilib. Lakin sabiq nazir qeyri-qanuni olaraq obyekti bir mərtəbə də artırıb.

Ümümiyyətlə, Əhməd Əhmədovun Bakıdakı biznesini əsasən onun qardaşı Əvəz Əhmədov və qardaşı oğlu Fuad Əhmədov idarə edir.


yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.