SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yaxın vaxtlarda Xətaiyə yeni başçı təyin olunur... - İDDİA

Yaxın vaxtlarda Xətaiyə yeni başçı təyin olunur... - İDDİA

Tarix:

14-08-2019, 11:22

/ 880 dəfə oxundu.
Yaxın vaxtlarda Xətaiyə yeni başçı təyin olunur... - İDDİA

Yaxın vaxtlarda Xətaiyə yeni başçı təyin olunur. Bu barədə DİA.AZ-a hpkumətdəki mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, əsas olaraq iki namizəd üzərində dayanılıb. Yəni onların müzakirəsi aparılır.

Mənbənin dia.az-a söylədikləri: "Şamaxıda müşahidə olunan praktikaya uyğun olaraq tamam yeni kadrın Xətaiyə gətirilməsi gözlənilir".

Xatrladaq ki, bu vaxta qədər yerli KİV-də Xətai RİH başçısı postuna bir neçə namizədin adı hallanıb və onların sırasında hazırda Daşkəsənə rəhbərlik edən Əhəd Abıyevin adı daha çox çəkilməkdədir.

Son məlumatlara görə isə, Xətainin təzə başçısı tamamən yeni sima olacaq. Onun kimliyi barədə bilgilərimiz var, müəyyən dəqiqləşdirmədən sonra açıqlayacağıq. Bizi izləməkdə davam edin...

Şərhlər

XƏBƏR LENTİ