XalqXəbər.Az

"Ordumuz neytralda böyük bir ərazini tam nəzarət altına götürüb"

yüklənir...
"Ordumuz neytralda böyük bir ərazini tam nəzarət altına götürüb"
14-08-2019, 09:28
yüklənir...

"Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradıb və böyük bir ərazini tam nəzarət altına götürüb”.

Yeniavaz.com xəbər verir ki, bunu hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib.

Dünən Qazax rayonunun Ermənistanla sərhəd mövqelərinə səfər edən R.Süleymanov deyib ki, düşmənlə döyüş aparılaraq, irəli çəkilən mövqerlərimizdən Ermənistan Respublikası ərazisindəki mövqelər nəzarət altındadır.

O, ərazidən və yeni mövqeyimizdən çəkdiyi fotonu da təqdim edib. R.Süleymanov daha detallı məlumatı sonra açıqlayacağını deyərək, bu barədə rəsmi açıqlamanın olacağını istisna etməyib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.