SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Səfər Mehdiyev hələ Aydın Əliyevin dövründən...." - DGK sədri ilə bağlı ilginc iddia

"Səfər Mehdiyev hələ Aydın Əliyevin dövründən...." - DGK sədri ilə bağlı ilginc iddia

Tarix:

8-08-2019, 13:10

/ 1 180 dəfə oxundu.
"Səfər Mehdiyev hələ Aydın Əliyevin dövründən...." - DGK sədri ilə bağlı ilginc iddia

Redaksiyamza Dövlət Gömrük Komitəsinin sədri postunu tutan Səfər Mehdiyevlə bağlı ilginc iddia daxil olub. Belə ki, adının çəkilməsini istəməyən və hazırda da gömrük strukturlarında çalışanlardan birinin söylədiyinə görə, Səfər Mehdiyev hələ Aydın Əliyev DGK sədri olduğu dönəmlərdən sözügedən qurumu əsas idarə edən şəxs olub.

Mənbənin dia.az-a söylədikləri: "Elə o vaxtlar da Aydın müəllimin yox, Səfər Mehdiyevin sözü keçirdi. Sonradan isə Səfər Mehdiyev İSLAHATÇI kimi DGK rəhbərliyinə gətirildi. Əslində bu gün Səfər Mehdiyevin "islahatçı" kimi təqdim olunması, özünü bu formada təqdim etməyə çalışması əksəriyyətdə təəccüblə qarşılanır.

Məsələn bu gün yüzlərlə sahibkar var ki, Səfər Mehdiyev müavin olarkən onunla "alış-veriş" edib. İndi həmin sahibkarlar gömrükdəki islahatlara necə inansınlar? Onlar necə güvənsinlər ki, Səfər Mehdiyev nəyisə dəyişəcək?

Bir ildən də çox keçib, amma heç nə dəyişməyib. Dəyişməyəcəkdi də. Nə dəyişəsi idi axı? Səfər Mehdiyev məgər öz xasiyyətini dəyişə bilər?"

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq...

Şərhlər

XƏBƏR LENTİ