SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Əskərovun "möhtəşəm" kadrı Müseyib Həmzəyevin "sərgüzəştləri...

Arif Əskərovun "möhtəşəm" kadrı Müseyib Həmzəyevin "sərgüzəştləri...

Tarix:

8-08-2019, 10:40

/ 3 820 dəfə oxundu.
Arif Əskərovun "möhtəşəm" kadrı Müseyib Həmzəyevin "sərgüzəştləri...

Bu gün demək olar Respublika ərazısindəkı bütün mağistral yollar yenidən qurulub. Amma kəndlərarası yollarda vəziyyət heç də magistral yollardakı kimi deyil. Əsasən də ucqar rayonların kənd sakinləri yolların bərbad olmasından narazılıqlarını bildirirlər. Azərbaycan höküməti Avtomobil Yolları Dövlət Agentliyinə bu işlərin görülməsi üçün kifayət qədər böyük məbləğdə pullar ayırır. Agentliyin internet portalında rəsmi xrokiya baxdıqda bunu görməmək mümkün deyil. Gəlin görək son iki ayda bu quruma ölkə başçısı sərəncamla nə qədər vəsait ayırıb. Cari ilin 25 iyununda üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun tikintisi məqsədilə 2,9 milyon manat, 27 iyunda altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 13,5 milyon manat, 28 iyunda on iki min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə 5,6 milyon manat, 29 iyunda Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 8,6 milyon manat, 1 iyulda Qəbələ rayonuda 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi məqsədilə 12,7 milyon manat, 25 iyulda Ağcabədi rayonunun beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə 7,6 milyon manat, 1 avqustda Ağdaş rayonunda on yeddi min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi məqsədilə 18,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılııb.

Bu təkcə son iki ayda dövlət tərəfindən yol infrastrukturunun yenilənməsi məqsədi ilə ayrılan puldur və 70 milyona yaxın vəsait edir. Bütün bunların hamısı da Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitlərin bir hissəsidir. Təbii ki,bu pulların müəyyən bir hissəsinə yol çəkilir. Bəs qalanı? Qalanı isə Saleh Məmmədovun, Əvəz Qocayevin, Hüsnü Hacıyevin, Müseyib Həmzəyevin xaricdəki hesablarına köçürülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun barəsində dövrü mətbuatda və sosial şəbəkələrdə kifayət qədər yazılıb. Onun müavinləri Əvəz Qocayev və Hüsnü Quliyevin bu sistemdə çalışmağa başladıqdan sonra əldə etdikləri var dövlət barədə də dövri mətbuatda az yazılmayıb. AAYDA-da aparıcı şəxslərin hər birinin öz gəlir mənbəyi var. Amma məlumatlara görə hətta ən aparıcı şəxs belə bu gün agentlikdə Müseyib Həmzəyevin əlinə baxır. Bəs, bu Müseyib Həmzəyev kimdir?

“Azərbaycan Dəmir Yoları” Qapalı Səhmdar Cəmiyyətinə Cavid Qurbanov sədr təyin edilənə qədər, yəni 2015-ci ilin fefral ayına qədər sözügedən qapalı səhmdar cəmiyyətinin maliyyə idarəsinin rəisi işləyib. Məlum olduğu kimi Cavid Qurbanova qədər Qapalı Səhmdar Cəmiyyətə Arif Əsgərov rəhbərlik edib. Məlumatlara görə Müseyib Həmzəyevin ulduzu hələ 2000-ci illərin əvvəllərindən, Arif Əsgərovun Nəqliyyat Nazirliyi Maliyyə və Kredit Departamentinion rəisi işləyəndən parlamağa başlayıb. Daha sonra Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolu idarəsinin rəisi vəzuifəsinə keçəndə Müseyib Həmzəyev də idarənin baş mühasıbı vəzifəsinə gətirilib. Azərbaycan Dəmir Yolları 2009-cu ildə Qapalı Səhmdar Cəmiyyətinə çevrildikdən sonra 2015-ci ilə qədər, yəni Arif Əsgərov tutduğu vəzifədən azad olunana qədər sözügedən cəmiyyətdə Maliyyə İdarəsinin rəisi vəzifisini tutub. Bəs necə olub ki, Arif Əsgərovun kadrı Saleh Məmmədovun yanında yer ala bilib? Təbii ki burada Cavid Qurbanov barmağı var. Öz kadrını dəmir yolunda Müseyib Həmzəyevin yerinə təyin etməyin müqabilində Cavid Qurbanov ona AAYDA -da boş qalan yeri verib ki bu da hər ikisinə sərf edir. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-də onun işini yoxlatdırmır, Müseyib Həmzəyev isə “Azəryolservis” ASC-də Cavid Qurbanov tərəfindən mənimsənilmiş pullara göz yumur və olduğu kimi qəbul edir.Bəs Saleh Məmmədov?

Məlumatlara görə Müseyib Həmzəyev maliyyə işinin sirlərini çox yaxşı bilir.Azərbaycan Dəmir Yollarında Arif Əsgərovun bütün gizli maliyyə sövdələşmələrini, xarici ölkələrə transferləri məhz Müseyib Həmzəyev həyata keçirib.Təsadüfi deyil ki Arif Əsgərov və rəhbərlik etdiyi qurum barədə yazılanlarda Müseyib Həmzəyevin adı heç yerdə hallanmır. Təbii ki,hər yerdə birinci şəxsin adı çəkilir. Amma bu birinci şəxslə bərabər bütün maliyyə səınədlərinə imza atan ikinci şəxs məhz maliyyə idarələrinin rəisləri olur ki, bütün əməliyyatlarda faiz sahibidirlər. Başda Ziya Məmmədov olmaqla, Arif Əsgərovla bərabər Azərbaycan Dəmir Yollarını müflis günə qoyan, metalloma çevirib pul edənlərin biri də məhz Müseyib Həmzəyevdir. Adətən hər yeni təyin olan nazir özünə komanda toplayır və maliyyə işini də öz yaxınına, etibar etdiyi şəxsə həvalə edir. Bəs Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi bir qurumun maliyyə məsələlərini Müseyib Həmzəyevə necə həvalə edə bilib? Bu gün onun kimə işlədiyi, hansı komandada olduğu bilinməsə də yaxşı pul silə bilmək qabiliyyəti Azərbaycan Dəmir Yolları QSC-də də, AAYDA-də də çox yaxşı bilirlər. Müseyib Həmzəyevin sildiyi pullar hesabına nələr əldə etdiyini artıq bir sıra elektron kütləvi informasıya vasitələri yayılıb. Bu gün Müseyib Həmzəyevin gördüyü işlər barədə AAYDA-da hamının bildiyi, amma ictimaiyyətin bilmədikləri nədir?

Məlumat üçün bəri başdan bildirmək istərdik ki, Müseyib Həmzəyev AAYDA-da işə başlayandan bu günə kimi audit yoxlamalarından yüksək rəylər alıb. Yəni sözügedən qurumün maliyyə-təsərrüfat işlərində heç bir qanunsuzluğa yol verilmir,hər şey şəffaf, tər-təmizdir. Amma əldə etdiyimiz məlumatlara görə Müseyib Həmzəyev AAYDA-nın strukturuna daxıl 104 idarə və müəsisələrin rəhbərlərindən əmək haqqlarının 15% -ni geri alır (buna “otkat” deyilir). Bu Müseyib Həmzəyevin təkcə əmək haqqlarından əldə etdiyi gəlirlərdir. Bəs görəsən rayonlarda yol çəkilişlərinə ayrılan milyonlarla dövlət vəsaitlərinin neçə faizi “otkat”kimi Müseyib Həmzəyevin özünə qayıdır? Bu artıq, nə jurnalist, nə ekspert, nə də iqtisadçı işidir. Bunu yalnız hüquq mühafizə orqanları və Hesablama Palatası araşdırıb, müəyyən edə bilər.

Aktualinfo.org

Qarşı tərfəin fikirlərini dinləməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ