SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yeni nazirdən gözlənən islahat: DYP sisteminin demontaj edilməsi sosial sifarişdir

Yeni nazirdən gözlənən islahat: DYP sisteminin demontaj edilməsi sosial sifarişdir

Tarix:

5-08-2019, 09:57

/ 1 076 dəfə oxundu.
Yeni nazirdən gözlənən islahat: DYP sisteminin demontaj edilməsi sosial sifarişdir

Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olundu. Onun yerinə isə Daxili İşlər nazirinin birinci müavini vəzifəsini tutan, general-leytenant Vilayət Eyvazov gətirildi. Peşəkar və bir o qədər də qətiyyətli kadr kimi tanınan Eyvazovun keçmiş nazirin kadrları ilə işləməyə davam edəcəyi, yoxsa özünün komandasını formalaşdıracağı sualı öz vacib cavabını gözləyir. Yeni nazir bu sistemdə uzun illər ikinci şəxs kimi çalışdığı və keçmiş nazir Ramil Usubovun əsas kadrı olduğundan nazirlikdə ciddi dəyişiklik ediləcəyi gözlənilmir. Amma bununla bağlı bilgiləndirən ekspertin sözlərinə görə yeni nazirin islahatlara yol polis sistemindən başlayacağı gözləniləndir. Çünki son illərdə polis orqanlarının nüfuzuna ən çox xələl gətirən sahə kimi adı çəkilən yol polisində islahatların həyata keçirilməsi əsas hədəflərdən biridir.
Son dövlər ölkə rəhbərliyi sosial problemləri dərinləşdirən, vətəndaş-məmur təmasının intensiv olduğu sektorlarda dəyişikliklər apardığı, müsbət yönümlü islahatlara start verdiyi göz önündədir. İndi bu siyasətin yol polis sistemində də davam etdirilməsinə zərurət yaranıb. Azərbaycanda vətəndaş-məmur ünsiyyətinin ən çox olduğu sahələrdən biri də Yol Polis Xidmətidir. Onu da xatırladaq ki, mətbuatda Daxili İşlər Nazirliyi və polis sistemi ilə bağlı yazılan tənqidi materialların böyük əksəriyyəti məhz yol polisinin fəaliyyəti ilə bağlı olur. sürücülərin yollarda əsassız saxlanması, yeri gəldi-gəlmədi sənədlərin tələb olunması halları artıq yol polisində dəyişiklikləri labüd edir. Məsələn, sosial şəbəkədə yayılan videoların birindən nümunə gətirərək bildirir ki, YPX əməkdaşı sərnişinin təhlükəsizlik kəməri taxmadığını bildirir və cərimə yazmaq istəyir. Sürücü bu faktı təsdiqləyən görüntünü tələb edir. Az sonra qanuni tələbini irəli sürdüyünü görən yol polisi geri qayıdaraq “çıxın gedin, mübahisə olmasın” deyərək yola salır. Yəni, həmin video görüntü yoxdur və pul qoparmaq üçün əsassız saxlayıb.
Təkcə bu neqativ hallar deyil; “MERO”larda bazar açılıb, sürücülük vəsiqəsi 1000-1200 manatdan satılır, sürücünün məlumatı olmadan sistemə vurulan cəriməyə görə faizlə ödəyənlər, maşını cərimə meydançasına salınanlar var.
Sürücü olan şəxs şossedə maşın sürərkən və hər hansı bir yerdə DYP işçisi onu saxlayaraq maşınını cərimə meydanına aparmaqla hədələyir. Adicə maşını qeydiyyata salmaq və ya texniki baxışdan keçitmək istəyirəsn sənə isə elan edirlər ki, sənin cərimən var. Bu gün Post Patrul Xidməti, Çevik Polis Alayı, Mühafizə polisi sektorlarında yuxarıdakı problemlər yoxdur. Etiraf etmək lazımdır ki, sabiq daxili işlər naziri Ramil Usubov müasir standarlara uyğun çevik, mədəni polis sistemi təkmilləşdirib. Vaxtilə PPX, ÇPA-da olan neqativ hallara son qoyulub. Bu gün də prezidentin R.Usubova etimad göstərməsinin səbəbi də məhz idarəçilikdə islahatlar aparmasıdır. Amma təəssüf ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov və Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi, Ramiz Zeynalovun əsas kadrı Nuşirəvan Səfərov ölkədə yol polisi-vətəndaş səngərinin açılmasına səbəb olublar. 1994-cü ildə Ramil Usubovun Daxili İşlər naziri təyin edilməsindən bir neçə ay sonra bu posta gətirilən və artıq 25 ildir, keçmiş nazirlə işləyən R.Zeynalovun vəzifədən uzaqlaşdırılmasının hüququ zəmini də var. DYP rəisi yaş senzi ilə əlaqədar tutduğu postdan ayrılacaq və təqaüdə göndəriləcək. Eyni hüquqi aqibət Bakı Şəhər Yol Polisi İdarəsinin rəisini də gözləyir. Qeyd edək ki, nazir V.Eyvazov birinci müavin kimi DİN-də müstəsna səlahiyyətlərə malik olsa da, yol polisi ilə bağlı məsələlər birbaşa Ramil Usubovun nəzarətində olub. Ona görə də yeni nazirin bu postlara öz adamlarını gətirəcəyi iddia etmək əsassız olmaz.
Əslində, bu günün tələb və zərurəti DYP sistemində Qərb standartlarına və modelinə uyğun iş qurulmasıdır. Məsələn, qonşu Gürcüstan bu idarəçilik metodunu çoxdan tətbiq edib. Gürcüstana yolu düşənlər də təsdiqləyər ki, qonşu ölkədə Amerika yol polisin modelindən nümunə götürülərək şerif sistemi yaradılıb. Ümumiyyətlə, yol polis maşınlarının sayı azı 10 dəfə azaldılıb. Gürcü yol polisləri nadir hallarda sürücünü saxlayıb cərimə yazırlar. Bundan əlavə, etibarnamə ilə avtomobil idarə etmək qaydası ləğv olunub, radarlara barmaqla sayılacaq qədər rast gəlinir. Gürcü şerifi onun yanından sürətlə ötüb keçən sürücünü əsassız yerə saxlamır. Yalnız içkili və təhlükəsizlik kəməri taxmayan sürücülər bağışlanmır. Avtomobili olan oxucular Gürcüstana gedibsə, təsdiqləyərlər ki, orada insan yol polisi olduğunu belə hiss etmir. Bizdə isə Bakının hər tinində, addımbaşında DYP əməkdaşları dolaşır. Radalar var, təhlükəsizlik kameraları quraşdırılıb, bəs bu qədər yol polisinə nə etiyac var? DYP əməkdaşı görən sürücülərsə artıq fobiya yaranıb ki, onun arxasınca düşünüb sürürlər, yanından keçsələr hansısa bəhanə ilə saxlayacaq. Bu baxımdan Azərbaycanda DYP sisteminin demontaj edilərək islahatlar aparılması, şerif modelinin tətbiqinə ciddi zərurət var. Artıq cəmiyyətdən gələn bir sosial sifarişdir.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ