SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » FHN-nin Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini Oktay Əliyev oğlundan imtina edir - nazirlikdə RÜŞVƏT QALMAQALI BÖYÜYÜR

FHN-nin Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini Oktay Əliyev oğlundan imtina edir - nazirlikdə RÜŞVƏT QALMAQALI BÖYÜYÜR

Tarix:

29-07-2019, 12:40

/ 6 179 dəfə oxundu.
FHN-nin Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini Oktay Əliyev oğlundan imtina edir - nazirlikdə RÜŞVƏT QALMAQALI BÖYÜYÜR

Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini Oktay Əliyevin oğlu ilə bağlı GUNinfo.az-a açıqlama verib. O bildirib ki, oğlu Qurban Əliyevin törətdiyi əməllərdən xəbəri yoxdu. Və mənim adımdan nə edibsə qələt edib. Daha sonra Oktay Əliyev bildirib "Bəli Qurban mənim oğlumdu. Yetginlik yaşına çatmış ali təhsilli vətəndaşdı. Onun etdiklərinə görə nə mən nədəki, ailə üzüvləri məsuliyyət daşıyır. Qaldıki, Qurbanın insanlığa sığmayan əməllərinə və mənim adımdan eləcədə tutduğum vəzifədən sui-istifadə edibsə mən ondan imtina edirəm,mənim elə bir oöul övladım yoxdu... "

XATIRLAMA:
Xəbər verdiyimiz kimi, məmur oğlu illərdir dələduzluqala məşğul olub. O, FHN-nın XRXX - də anbardar işləyən vaxtlar, atası Oktay Əliyevin adından onlarla adamı vəzifəyə qoydurmaq adı ilə 100 min manatdan artıq rüşvət teləb etdiyi iddia edilir. Bu azmış kimi Qurban Əliyev işlədiyi idarənin gizir və zabit heyyətinə atası Oktay Əliyevin adından hədə, qorxu gələrək, hər bir işçidən 5-6 min manat pul alaraq atdığı bildiririlir. Və hal-hazırda şikayətçilər onlara dəymiş ziyanın ödənilməsini Qurban Əliyevin atası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini Oktay Əliyevdən tələb edirlər. Qeyd edk ki, redaksiyaya ünvanlanan şikayətdə bu açıqlanır ki, vaxtı ilə Qurban Əliyev öz şəxsi avtomobili ilə adam vuraraq ağır xəsarətlər yetirib. Həmin vurulan şəxs ölümdən dönsədə indidə sağlamlığında ciddi problemlər var. Bildirilir ki, hadisədən sonra Qurban Əliyevə cinayət işi açılsada atası Oktay Əliyev dosta zəng və pulla oğlunu bəladan qurtara bilib.
Məmur oğlu Qurban Əliyev burulöanı bununla da bitməyib. Gününü kefə və pul qazanmağa həsr edən Qurban Oktay oğlu idarənin xanım işçilərindən də qızıl və digər bahalı əşyalar alaraq Lonbarda qoyub pul əldə edərək inanılmaz fırıldaqlar həyata keçirib. Məlumata görə, hələ o İqtisat univeristetində təhsil alarkən də rəngarəng fırıldaqlarla da məşğul olub. Beləki, üz cizgilərində ona oxşarı olan tələbələrin əvəzinə universitetdə imtahanlara girərək pul əldə edib. Amma çox keçmədən bu çirkin əməlinin üstü açılmış. dilindən iltizam alınaraq ağır şəkildə cəzalandırılmışdır. Bu barədə Qurban Əliyevin öz imzası ilə təstiqini tapan rəsmi sənəddə redaksiyaya ünvanlanıb. Həmin sənədi təqdim edirik:


GUNinfo.az bildirir ki, Oktay Əiyev FHN-ın Maddi-Texniki Təchizat İdarəsini əməlli başlı qazanc mənbəyinə çevirib. Məmur ata nazirliyin dövlət əmlakı sayılan Paradnı formaları və alt paltarlarla bağlı elə sehirlər edir ki, nazirlikdə geyim çatışmamazlığı yaranır.
Bundan başaqa, mənbə onuda iddia edir ki, Oktay Əliyev Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsində müavin olmağına baxmayaraq ən önəmli şəxslərdən biridir. Nazirliyinin Maddi-Texniki Təchizat idarəsini tamamıilə nəzarətində saxlayan Oktay Əliyev Robotlardan tutmuş, Pompa nasosları, Vadalaz geyiminə eləcədə avtomobillərin yanacağına, nazirliyin bütün heyyətinin geyimi, yeməyi və Yanğın nöndürən maşınların hərəkətə gəlməsinin, texniki bazasının formalaşdırılmasına qədər əlində cəmləyib. Və bir sözlə nazirliyinin maddi-texniki təchizat idarəsində ən çox sorumlu ikinçi şəxsdir. Amma və lakin nazirlikdə adlarını sadaladıqlarımız dövlət əmlakı hələdə çatışmamazlıqlarla üz üzədir. Nazirlikdə və XRXX-da xidmət edən gizir və zabit heyyəti yaradılmış bu problemin aradan qaldırılmasında tək çıxış yolunu nazir Kamallədin Heydərovun işə qarışıb ciddi tədbir görməsində görür...GUNinfo.az
Mövzu diqqətimizdədir
Qarşı tərəfidə bir daha dinləməyə hazırıq.

GUNinfo.az


Şərhlər

XƏBƏR LENTİ