SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kəmaləddin Heydərov üçün ÖZƏL GÜN

Kəmaləddin Heydərov üçün ÖZƏL GÜN

Tarix:

15-07-2019, 17:43

/ 963 dəfə oxundu.
Kəmaləddin Heydərov üçün ÖZƏL GÜN

Bu gün Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun doğum günüdür.

Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub.

1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir. Ailəlidir. 2 övladı var.

Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. K.Heydərovun özü televerilişlərdəni birində bildirib ki, o, əvvəldən müəllifi olduğu mahnıların altında öz adının tam yazılmasını getməsini istəməyib, bəstələr “Kamal” imzası ilə tanınıb.

Qeyd edək ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu həm də mətbuatdakı tənqidi yazılara ən dözümlü nazir kimi də xarakterizə edirlər. Bəzi müxalifət və müstəqil media orqanlarında mütəmadi olaraq K.Heydərov və onun oğlanları haqqında tənqidi fikirlər, sərt ittihamlar yazılsa da, o, bəzi məmurlardan fərqli olaraq buna dözümlə yanaşıb, məhkəmələrə müraciət etməyib...

DİA.AZ kollektivi olaraq Kəmaləddin Heydərovu doğum günü münasibətilə təbrik edirik.

Şərhlər

XƏBƏR LENTİ