SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qalmaqallı rektor özünə 250 min dollarlıq maşın aldı

Qalmaqallı rektor özünə 250 min dollarlıq maşın aldı

Tarix:

11-07-2019, 20:12

/ 1 246 dəfə oxundu.
Qalmaqallı rektor özünə 250 min dollarlıq maşın aldı

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə bahalı xarici avtomobil alıb.

2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.

Qeyd olunur ki, maşının 2019-cu il buraxılışının qiyməti Bakıda 230 min dollara satılır.
Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.

Məlumata görə, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N.Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.

Məlumat sosial şəbəkələrdə xeyli müzakirələrə yol açıb. Bu müzakirələrdər rektoru bahalı maşın almaqda qınayanların sayı daha çoxdur.

Modern.az saytı məsələ ilə bağlı Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva ilə əlaqə saxlamağa çalışıb.

Universitetin mətbuat katibi İbrahim Quliyev saytımıza açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib:
"Nurlana Əliyevanın özünə yeni maşın alması barədə yayılan informasiya yalandır. Həmin maşın 2012-ci ildə alınıb. 2012-ci ildə alınmış maşının bu gün mətbuata yeni kimi təqdim olunması heç bir tərbiyəyə sığmır”.
İbrahim Quliyev yayılan məlumatlara görə xanım rektorun təəssüf etdiyini də bildirib.

"Nurlana xanım haqqında yayılan informasiyalara təəssüf edib. Hətta maşının müddətinin bitməsinə belə az vaxt qalıb. İndi köhnə maşını Nurlana xanımın rektor olandan sonra alınması kimi təqdim etmək yanlış haldır. Yalan söhbətləri mətbuata çıxartmaq doğru deyil”.

Bakupost.az

Şərhlər

XƏBƏR LENTİ