SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlk görüşdə nələrə diqqət yetirməli? - Bunları gördünüzsə, qaçın!

İlk görüşdə nələrə diqqət yetirməli? - Bunları gördünüzsə, qaçın!

Tarix:

11-07-2019, 08:00

/ 1 168 dəfə oxundu.
İlk görüşdə nələrə diqqət yetirməli? - Bunları gördünüzsə, qaçın!

İlk görüş – həmişə həyəcanverici olur. Axı iki gənc yeni-yeni bir-birilərini tanımağa başlayırlar. Təbii ki, bütün gücləri ilə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Hətta bəzən həqiqətin üstünü bəzəməkdən də çəkinmirlər.

“Qafqazinfo” xəbər verir ki, münasibətlər sahəsində mütəxəssislər “İlk görüşdə qızın həqiqətən kim olduğunu necə anlamaq olar” sualına cavab verməyə çalışıblar. Əgər qeyd olunan 7 fakta diqqət yetirilsə, ikinci görüşün təyin olunub-olunmamasına qərar vermək olar.

Üzrlü səbəb olmadan gec qalır

Qızlar görüşə hər zaman gec qalan tərəf olurlar. Lakin bunun üçün belə, üzrlü səbəblər olmalıdır. Tıxacda qalmaq, açarın qapının üstündə ilişib qalması, təcili işin çıxması və s. belə üzrlü səbəblərdəndir. Amma yolda rəfiqəmlə rastlaşdım, makiyajımı təzələdim, görüşün hansı vaxta təyin olduğunu unutdum kimi səbəblər oğlanı düşünməyə vadar edir. Həqiqətən o sizinlə münasibətdə maraqlıdırmı?

Onun hərəkətləri sözləri ilə üst-üstə düşmür

Bəzən qızlar özlərini tamamilə başqa cür tanıtmağa çalışırlar. İlk görüşdən qarşı tərəfin diqqətini çəkmək üçün ətraf mühitin qoruyucusu olduğunu, ümumiyyətlə ekoligiyanın onun üçün vacib olduğunu deyə bilər. Düzdür, bu, alqışa layiqdir. Lakin bu zaman qız kağız stəkandan kofe içirsə, borucuqdan istifadə edirsə, düşünmək üçün əsas var. Biz ki ətraf mühitin qoruyucuları üçün xüsusi qaydalar mövcuddur.

Tez-tez sağa baxır

Psixoloqlar əmindirlər ki, əgər insan yuxarı və sağa baxırsa, o, gələcəyə müraciət edir. Başqa sözlə desək, cavabı xatırlamır, indi hazırlayır. Amma sola baxırsa, bu, onun viziual yaddaşını işə saldığını göstərir. Lakin bütün görüş boyu qızın hansı istiqamətə baxdığını izləyərək onun yalanını tutmağa çalışmayın. Əks halda o, görüşün hansı istiqamətdə getdiyini sizdən daha tez anlayacaq.

Keçmiş sevgilisini xatırlayır

Əgər bütün gün boyu keçmiş sevgilisindən danışırsa, bu xanımla rahatlıqla sağollaşa bilərsiniz. Çünki gələcəkdə bu kimi söhbətlərin ardı-arası kəsilməyəcək. Bu zaman onun keçmiş sevgilisinin necə xatırladığı önəm daşımır. Çünki ilk görüşdə keçmiş sevgilisini xatırlaması faktı artıq çox şeydən xəbər verir.

Bütün hər şeyə görə özünü günahlandırır

“Mən özüm günahkaram”, “Mən bunu etməliydim...”, “Əgər mən bunu etməsəydim...” kimi sözlərlə eşidirsinizsə, xanımla görüşməyi dayandırmaq daha yaxşı olar. Öz psixologiyanızı qoruyun. Bir qayda olaraq, əgər insan hər şeydə özünü günahlandırırsa, bu, özgüvənin çox aşağı olduğunun göstəricisidir. Belə biriylə birgə həyat problemə çevrilə bilər.

Gördüyü hər şeyi tənqid edir

Restoranda yemək dadsızdır, bayırda hava bərbaddır, yan masada əyləşən qız çox danışır. Əgər qız dayanmadan dostlarını, tanışlarını, işini ümumiyyətlə hər şeyi tənqid edirsə, gələcəkdə sizin də belə tənqidlərə tuş gələcəyiniz böyük ehtimaldır.

Hər zaman şikayətlənir

Belə qızlara tez-tez rast gəlmək olar. Bəzən onları yuxarıdakı tiplə də səhv salmaq olur. Lakin birinci halda ətrafdakı hər şey tənqid olunur, ikinci halda isə hətta kiçik xoşagəlməzlik belə böyük bir problemə çevrilə bilir. İlk görüşdə neqativ düşünən biri olduğu, yoxsa gününün xoş keçmədiyini ayırd etmək asan olmur. Yox, əgər bütün günü o, şikayətlənirsə, birmənalı şəkildə qaçın!

Şərhlər

XƏBƏR LENTİ