SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisinin oğlu Çexiyada şirkət açıb (FOTOFAKT)

Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisinin oğlu Çexiyada şirkət açıb (FOTOFAKT)

Tarix:

8-07-2019, 12:06

/ 3 223 dəfə oxundu.
Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisinin oğlu Çexiyada şirkət açıb (FOTOFAKT)

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi Vaqif Axundovun oğlu, dünyaca məşhur kazino qumarbazı Murad Axundov da Çexiyada daşınmaz əmlak şirkəti açıb”.

Buunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk hesabında yazıb.

Araşdırmada qeyd olunur ki ,AG Property Group s.r.o. şirkəti ötən il yanvarın 25-də 50 min çex kronu nizamnamə kapitalı ilə Praqada qeydiyyatdan keçirilib (qeydiyyat nömrəsi C 289156).

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində qeydiyyatda olan 1985-ci il təvəllüdlü Murad Axundovun şəriki Bunəqədi rayon sakini, Ramazanov küçəsi 75 ünvanında qeydiyyatda olan Zaman Qəhrəmanov adlı şəxsdir. General-polkovnikin oğlu şirkətdə 70 faiz paya malikdir: “Şirkətin maliyyə sənədləri təqdim edilmədiyindən onun dövriyyəsi ilə bağlı məlumat yoxdur. Üstəlik o da bəlli deyil ki, general-polkovnikin oğlu daşınmaz əmlak şirkəti üzərindən hansı planlarını reallaşdırıb. Lakin belə bir ehtimal var ki, Murad Axundov son illərdə dünyanın müxtəlif ölkələrinin zəngin adamlarını və böyük pullarını məhdudiyyətsiz cəlb edən Çexiyada öz kazinosunu və əyləncə mərkəzini açmaq niyyətini həyata keçirməkdədir”.

“Vaqif Axundovun oğlu dünyanın ən müxtəlif kazinolarında oynayaraq indiyədək ümumilikdə 1.291.340 dollar pul udub. Lakin nə qədər uduzduğu bəlli deyil. Murad Axundov qumardan əlavə, lüks avtomovillər, bahalı içkilər və əyləncəli məclislər həvəskarı kimi tanınır”, – o qeyd edib.

Aztoday.az

Şərhlər

XƏBƏR LENTİ