SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ciddi maddi ehtiyacı olan Şərurlu ziyalı 3 aydır “Laba”nı görə bilmir – Şikayət

Ciddi maddi ehtiyacı olan Şərurlu ziyalı 3 aydır “Laba”nı görə bilmir – Şikayət

Tarix:

1-07-2019, 09:26

/ 952 dəfə oxundu.
Ciddi maddi ehtiyacı olan Şərurlu ziyalı 3 aydır “Laba”nı görə bilmir – Şikayət

Əslən Şərur rayonundan olan, hələlik adının çəkilməsini istəməyən tanınmış bir şəxs Sədərək gömrüyünün keçmiş rəisi “Laba” kimi tanınan Mübariz Pənəhovdan şikayətçi olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, sabiq gömrükçünün ən ağır günlərində onun yanında olub: “1999-cu ildə Sədərək gömrüyündə ağır hadisələr yaşandı, hətta ölüm hadisəsi də baş verdi. Mənim və başqa şəxslərin dəstəyi olmasaydı Mübariz Pənəhov vəzifəsi ilə vidalaşmalı olacaqdı. Hazırda mənim çox ağır xəstəm var, maddi dəstəyə ehtiyacım var. Güman gələn yerim Mübariz müəllim oldu. Maddi vəziyyəti yaxşı olmasaydı , heç ona üz tutmazdım. Getdim rəhbərlik etdiyi “Həsən holdinq”ə. Hər dəfə məni bir vədlə aldadtdılar. Maddi yardım göstərəmədikləri bir yana, mənimlə sayğısız davrandılar. Hətta Mübariz Pənahovla mənim iki dəqiqə görüşməyim üçün şərait belə yaratmadılar. Düz 3 aydır ki, məni müxtəlif vədlərlə aldadırlar. Əminəm ki, bütün bunlardan özünün xəbəri var. Çünki şəxsi nömrəsinə mesaj da yazmışam. Heç cavab da belə verməyib. Mən Mübariz müəllimi lap uşaqlığından tanıyıram. Nə mən hər zaman belə kasıb olmuşam, nə də o, indiki kimi varlı olub. Çox təəssüf edirəm ki, o indiki maddi vəziyyətinin yaxşılığından istifadə edib, belə sayğısızlıq edir. Özü də onun üzərində haqqı olan şəxsə qarşı”.

Səslənən fikirlərlə bağlı Mübariz Pənəhovun da mövqeyinə yer verməyə hazırıq.
Azinforum.az

Şərhlər

XƏBƏR LENTİ