SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Biz Azərbaycan mətbuatının patriarxını itirmişik” – Əflatun Amaşov

“Biz Azərbaycan mətbuatının patriarxını itirmişik” – Əflatun Amaşov

Tarix:

25-06-2019, 12:00

/ 812 dəfə oxundu.
“Biz Azərbaycan mətbuatının patriarxını itirmişik” – Əflatun Amaşov

“Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”. Bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
O bildirib ki, Ş.Hüseynovun banisi olduğu məktəb hər zaman işıq saçacaq:“Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi. Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.
Qeyd edək ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında dünyasını dəyişib.

Şərhlər

XƏBƏR LENTİ