SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hansı icra başçıları yola salınacaq... - Alimpaşa Məmmədov, Vilyam Hacıyev, Ceyhun Cəfərov...

Hansı icra başçıları yola salınacaq... - Alimpaşa Məmmədov, Vilyam Hacıyev, Ceyhun Cəfərov...

Tarix:

21-06-2019, 16:10

/ 1 438 dəfə oxundu.
Hansı icra başçıları yola salınacaq... - Alimpaşa Məmmədov, Vilyam Hacıyev, Ceyhun Cəfərov...

Son günlərdə cənab prezident İlham Əliyevin bölgələrdən gələn şikayət məktublarını şəxsən özü qəbul edib , şəxsən nəzarətində araşdırılması bir neçə rayonlarda İcra Hakimiyyəti başçılarının ölkə prezidenti ilə vətəndaşlar arasında aşılmaz sədd olduqlarından xəbər verir.

Kabinet və kreslolarına arxayınca oturan İcra hakimiyyətlərinin başçıları nəinki, vətəndaşların müraciətinə baxmaq , hətta vətəndaşları qəbul edib dinləməyə belə vaxt ayırmaq istəmirlər. Lakin , cənab prezidentin vətəndaş-dövlət dostluğu xətti ilə yürütdüyü siyasət bir neçə İcra başçılarının ürəyinə vəlvələ salıb, kresloların laxladıb. Belə ki, etibarlı mənbələrdə bildirirlər ki, yaxın günlərdə vəzifələrini itirəcək İcra başçıları məlum olub.

Mənbənin verdiyi məlumata görə, bunlardan vətəndaşlar tərəfindən cənab prezidentə daha çox şikayət daxil olunmasına görə rekorda imza atan Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur.

Eyni zamanda xəbərdə deyilir ki, İmişli rayon İcra başçısı Vilyam Hacıyev İmişli rayonunda 1 qarış torpaq qoymadan hamısı sataraq bir növ torpaq alveri ilə məşğul olur. Demək olarki, İmişli rayonda heçbir abadlıq-quruculuq işləri görülməyib, nəinki, abadlıq-quruculuq hətta, vaxtı ilə pambıqçılığın məskəni olan İmişli rayonu öz üzərinə düşən pambıq planını dövlətə verə bilmir. Bununla bağlı cənab prezidentin iştirakı ilə keçirilən regional iclaslarda dəfələrlə Vilyam Hacıyevə xəbərdarlıq edilmişdir. Məhz bu səbəbdən Vilyam Hacıyevin də yaxın günlərdə öz postunu itirəcəyi gözlənilir.

Kürdəmir rayonundan öncə Tərtər rayonunda icra başçısı işləmiş Ceyhun Cəfərov o rayonda insanların böyük nifrətini qazanmış , Tərtərdən Kürdəmirə İcra başçısı olaraq yola salınanda rayon sakinləri sevindiklərindən qurban kəsib, nəzirlər vermişdilər. Öz hegomonluq missiyasını Kürdəmir rayonundada davam etdirən Ceyhun Cəfərov hal-hazırda Kürdəmir camaatınıda təngə gətirib. Vətəndaşları, sahibkarları incidən Ceyhun Cəfərovdanda həm ölkə rəhbərliyinə, həmdə metbuata şikayətlərin ardı-arası kəsilmir.

Əlavə bilgilərimiz olacaq...

DIA.AZ

Şərhlər

XƏBƏR LENTİ