SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramil Usubov kimlərlə işləyəcək? – Siyahı

Ramil Usubov kimlərlə işləyəcək? – Siyahı

Tarix:

21-06-2019, 10:50

/ 1 015 dəfə oxundu.
Ramil Usubov kimlərlə işləyəcək? – Siyahı

Ötən gün prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.
Ramil Usubovun katib təyin olunduğu Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.

O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq 1997-ci ildə Prezident tərəfindən yaradılıb. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şuranın tərkibinə aşağadakı vəzifə daşıyıcıları daxildir:

Vitse prezident

Milli Məclisin sədri

Baş nazir

Prezidentin Administrasiyasının rəhbəri

Baş prokuror

Dövlət müşavirləri

Xarici işlər naziri

Müdafiə naziri

Dövlət təhlükəsizlik xidmətinin rəisi

Daxili işlər naziri

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.

Şərhlər

XƏBƏR LENTİ