SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat Hacı Salayev FHN şefinə xəyanət edənlərlə iş qurub?

Deputat Hacı Salayev FHN şefinə xəyanət edənlərlə iş qurub?

Tarix:

19-06-2019, 15:44

/ 1 015 dəfə oxundu.
Deputat Hacı Salayev FHN şefinə xəyanət edənlərlə iş qurub?

Hacı Salayev nazirin dostlarından hesab olunur və şərikinin Kəmaləddin Heydərova xəyanət etdiyini bilməməsi imkansızdır

Milli Məslisin deputatı Hacı Salayevlə bağlı saytımıza ilginc məlumat daxil olub. Həmin məlumatda vurğulanır ki, millət vəkili Fövqaləda Hallar Naziri Kamaləddin Heydərovun əlehdarları ilə biznes ortaqlığı qurmağa başlayıb. FHN şefinin həmin əlehdarları hazırda Gömük Komitsinin sədri Səfər Mehdiyevə yaxın olan şəxslərdir. Deputat Hacı Salayevin belə bir addım atması ilk öncə inandırcı gəlməsədə sonradan mənbəmizin israrı ilə apardığımız araşdırmalar nəticəsində məlumatın doğru olduğunu təspit etdik.

Mənbəmiz qeyd edir ki, deputat Hacı Salayev FHN şefinin əlehdarları ilə gizli şəkildə tikinti biznesinə girişib.

Əslində deputatın şəriki olan şəxslər üzdə Kamaləddin Heyərovun adamları kimi tanınsalar da hazırda gizli şəkildə Gömrük şefi Səfər Mehdiyevin himayəsindədirlər. Daha əvvələr Kamaləddin Heydərova yaxın olan bu şəxslərin son aylar gizli şəkildə Səfər Mehdiyevin çətiri altına keçdiyi və fövqənazirin də bundan xəbərdar olduğu bildirilir.

Millət vəkili Hacı Salayevin şəriklərinin bu gizli əməllərindən xəbərsiz olması isə heçdə inandırıcı deyil. Çünki kifayət qədər informasiya məkanına sahib olan deputatın Kəmaləddin Heydərovun da yaxın ətrafı ilə çox sıx əməkdaşlığı var və o, nazirin dostlarından hesab olunur. Şəriklərinin Kəmaləddin Heydərova xəyanət etdiyini Hacı Salayevin bilməməsi imkansızdır.

Bildirək ki, Hacı Salayev ikinci çağırışdı Milli Məclisdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edir və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

Deputatın qardaşı general-mayor Baba Salayev isə FHN Akademiyasının rəisi vəzifəsini işləyir. Bundan öncə Baba Salayev Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. Ancaq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmrinə əsasən vəzifəsindən azad edilib.

AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ