SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın tanınmış mühəndisi vəfat edib

Azərbaycanın tanınmış mühəndisi vəfat edib

Tarix:

17-06-2019, 16:33

/ 1 042 dəfə oxundu.
Azərbaycanın tanınmış mühəndisi vəfat edib

Tanınmış ictimai xadim, Azərbaycan neft emalı sənayesinin təşkitalçılarından biri, Əməkdar mühəndis Akimov Kamil Əlisoltan oğlu 92 yaşında Bakıda vəfat edib.

Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub.

1947-ci ildə Bakı Neft Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb.

Kamil Akimov 1967-ci ildə Azərbaycanın neftayırma sənayesi nazirinin 1-ci müavini, 1970-ci ildə isə neftayırma sənayesi naziri təyin edilib. 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə neftayırma zavodlarında aparılan yenidənqurma işlərində Kamil Akimovun xüsusi xidmətləri var.

Kamil Akimov 1970-80-ci illərdə neft emalı sənayesində göstərdiyi xidmətlərə görə “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmani ilə təltif edilib, 2 çağırışda Ali Sovetin deputatı seçilib.

Allah rəhmət etsin!

Şərhlər

XƏBƏR LENTİ