SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Azərsu"-nun Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb -FOTO

"Azərsu"-nun Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb -FOTO

Tarix:

12-06-2019, 09:20

/ 2 282 dəfə oxundu.
"Azərsu"-nun Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb -FOTO

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsnliyə istinadən xəbər veririk ki, Azərsu Açıq Səhmdar Cəmiyyətinin Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb.
Cənab rəisin 2013-cü il oktyabrın 2-də Charlottenburg (Berlin) ədliyyəsində 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi şirkət (şəhadətnamə nömrəsi: HRB 153117 B) LoMa Technical Consult International GmbH adlanır. Şirkət Berlinin Katteweg 26 ünvanında yerləşir və 2016-cı il aprelin 18-ə qədər LOTHAR ROHRBACH idarə edib.
Şirkət su mühəndis qurğularının texniki məsləhət xidmətlərinin həyata keçirilməsi ilə məşğuldur.
Madər Quliyev Azərsu ASC-nin bütün tenderlərinə cavabdeh şəxsdir. Yeri gəlmişkən, Səhmdar Cəmiyyətin tenderlərində tələb olunan birinci şərt belədir:
"Maraqlanan iddiaçılar tender sənədlərinin tam dəstini (çap nüsxədə) yazılı formada ərizə təqdim etdikdən və hər lot üzrə geri qaytarılmayan 300 AZN (üç yüz Azərbaycan manatı) aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra qeyd olunan ünvandan əldə edə bilərlər".
Yəni şirkətlər 300 manat vəsaiti nəticədən asılı olmayaraq, Azərsu ASC-yə ödəyir.
Ölkədə dövlət nəzarətində olan müəssisələtdə tenderin necə keçirildiyi, dövlət sifarişlərinin hansı qaydada hansı şirkətlərə verildiyi hər kəsə aydındır. Yəqin əlavə izahata ehtiyac qalmır.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq!

Teref.az
"Azərsu"-nun Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb -FOTO
"Azərsu"-nun Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb -FOTO
"Azərsu"-nun Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb -FOTO

Şərhlər

XƏBƏR LENTİ