SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yəhya Babanlı FHN-dən getdi

Yəhya Babanlı FHN-dən getdi

Tarix:

11-06-2019, 17:13

/ 1 036 dəfə oxundu.
Yəhya Babanlı FHN-dən getdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.

Modern.az-a istinadən xəbər veririk ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb.

Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.

Şərhlər

XƏBƏR LENTİ