SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həbsdəki Nardaran məhbusu ölüm ayağında

Həbsdəki Nardaran məhbusu ölüm ayağında

Tarix:

10-06-2019, 10:02

/ 814 dəfə oxundu.
Həbsdəki Nardaran məhbusu ölüm ayağında

Siyasi Məhbusların Müdafiə Mərkəzi Nardaran hadisələrinə görə həbs olunmuş və son günlər vəziyyətinin daha da pisləşdiyi bildirilən Əbülfəz Bünyadovla bağlı müzakirə aparıb.
“Yeni Sabah” xəbər verir ki, toplantı iştirakçıları bildirdilər ki, Ə. Bünyadovun həyatına təhlükə var. Onların deməsinə görə, məhbusun bağırsaqlarına infeksiya düşüb, qida qəbul edə bilmir, sümüyə çatan yataq yarası açılıb.

Mərkəzinin üzvü Zümrüd Yağmur qeyd edib ki: "Onun bədənin 80 faizi işləmir və belə adamı həbsxanaya göndərmək onu hər gün diri-diri öldürmək deməkdir. O, dərhal azadlığa buraxılmalıdır".

Tədbirdə Mərkəzin adından Azərbaycan hökumətinə Ə. Bünyadovun azadlığa buraxılması istəyi ilə bağlı müraciət qəbul olunub. İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev də deyib ki, Ə.Bünyatov azadlığa buraxılmasa ölkədə multikulturalizm, humanizm haqqında söhbətlər nağıllardan fərqlənməyəcək. O qeyd edib ki, bu ayın 12-də Ali Məhkəmə Ə.Bunyatovun şikayətinə baxmalıdır: "Biz müəyyən addımları atırıq və böyük ümidimiz var ki, Ə. Bünyadov ayın 12-də azad olunacaq".

Məhbusun bacısı Mərhəmət Bünyadova isə əlavə edib ki, qardaşı bir neçə aydır ancaq çörək, kartof soyutması ilə yaşayır: "Çünki bağırsaqlara infeksiya düşüb və o, normal qida qəbul edə bilmir. Səhhətində digər problemlər də var. Ayağı çarpayıya ilişir,... belindəki yaraya infeksiya düşə bilər. Müalicə Müəssisəsindəki vəziyyət belə, belə xəstələr üçün qənaətbəxş deyil. Bizim yeganə istəyimiz qardaşımın yaxşı müayinəsidir. Çünki onun heç bir orqanı normal işləmir".

Tədbirdə hazırda həbsdə olan bir sıra başqa şəxslərin də səhhəti ilə bağlı məsəllələrdən bəhs edilib.

Toplantıda Əbülfəz Bunyatovla bağlı qeyd edilənlərə, hələlik, Penitensir Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Bünyadov 2015-ci il noyabrın 26-da baş verən Nardaran əməliyyatında yaralanaraq iflic olub, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb. 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. O, məhkəməyə xərəkdə gətirilib.

Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

Şərhlər

XƏBƏR LENTİ