SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prokurorluq vəkillə bağlı problemi nəzarətə götürdü

Prokurorluq vəkillə bağlı problemi nəzarətə götürdü

Tarix:

7-06-2019, 11:49

/ 969 dəfə oxundu.
Prokurorluq vəkillə bağlı problemi nəzarətə götürdü

Vəkil Orxan Kəngərlinin polis bölməsində təzyiqə məruz qalması ilə bağlı məsələ nəzarətə götürülüb.

E-huquq.az-ıa istinadən xəbər veririk ki, məsələ Bakı Şəhər Prokurorluğu tərəfindən nəzarətə götürülərək, araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində təzyiqə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu məsələyə bəzi vəkillər də münasibət bildirərək, hadisəni pisləyiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da sosial şəbəkədə hadisə ilə bağlı status paylaşıb: "İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!"

Daxili İşlər Nazirliyi də Vəkillər Kollegiyasının üzvü Orxan Kərgərlinin Binəqədi rayonu 4-cü polis şöbəsində döyülməsi haqqında iddialara münasibət bildirib. Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır.

Şərhlər

XƏBƏR LENTİ