SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ceyhun Osmanlı Odlar Yurdu Universitetindən də uzaqlaşdırıldı – Onu niyə “vurdular?”

Ceyhun Osmanlı Odlar Yurdu Universitetindən də uzaqlaşdırıldı – Onu niyə “vurdular?”

Tarix:

7-06-2019, 10:13

/ 1 241 dəfə oxundu.
Ceyhun Osmanlı Odlar Yurdu Universitetindən də uzaqlaşdırıldı – Onu niyə “vurdular?”

KEÇMİŞ DEPUTATIN “VURULMASI”NIN ŞOK SƏBƏBLƏRİ…

“Nurçu”larla əlaqədə ittiham olunaraq deputat mandatından məhrum edilən (!) Ceyhun Osmanlı daha bir şok yaşayıb.

AnTV.az etibarlı mənbələrə istinadən xəbər verir ki, C.Osmanlı Odlar Yurdu Universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsindən də azad olunub. Mənbə bildirir ki, keçmiş deputat may ayında Odlar Yurdundakı işindən öz ərizəsi əsasında azad olunsa da, burada başqa səbəblər var.
Məlumata əsasən, FƏTÖ üzvləri ilə əlaqədə ittiham olunaraq “vurulan” sabiq deputatın sonradan Odlar Yurduna prorektor vəzifəsinə gətirilməsi universitetin fəaliyyətində ciddi problemlər yaradıb. Belə ki, həmin tarixdən etibarən Odlar Yurdunu bitirmiş tələbələrin Türkiyənin ali təhsil ocaqlarında təhsilini davam etdirməsinə süni əngəllər olub. Hətta bir çox tələbələrə qarşı Türkiyənin müxtəlif üniversitetlərində sərt mövqe nümayiş etdirilib. Odlar Yurdu Universitetinin rəhbərliyi bütün bunların səbəblərini araşdırdıqda isə Azərbaycanda “nurçu”ların əsas simalarından biri kimi təqdim olunan C.Osmanlının bu universitetdə prorektor vəzifəsində çalışması faktı üzərində dayanılıb. Məlum olub ki, məhz bu məsələ bağlı Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) Odlar Yurdu universitetini özünün “qara siyahı”sına salıb. Bu baxımdan da Odlar Yurdundan gedən tələbələrə münasibətdə Türkiyə ali təhsil ocaqları və YÖK çox ehtiyatlı davranış sərgiləyib. Yəni Ceyhun Osmanlının FƏTÖ ilə əlaqələri əsas gətirilərək, onun prorektoru olduğu universitetdən gələn tələbələrin də “nurçu”larla bağlantıda olması ehtimalı hər zaman önə çəkilib.

Odlar Yurdundakı mənbə deyir ki, rektor Əhməd Vəliyev bu haqda məlumat əldə etdikdə, öncə Türkiyənin Azərbaycandakı səfirliyi ilə danışıqlar apararaq, problemi həll etməyə çalışıb. Lakin bu mümkün olmadıqda, elə həmin gün keçmiş həmkarı, Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru Ceyhun Osmanlını rəhbərlik etdiyi təhsil ocağından uzaqlaşdırıb. Ə.Vəliyev bununla Odlar Yurdu Universitetinin FƏTÖ terror təşkilatı ilə heç bir bağlantısının olmadığını nümayiş etdirməyə çalışıb.

P.S. Əslində bu fakt bir daha təsdiq edir ki, Azərbaycanda FƏTÖ ilə bağlantısı olan müəyyən şəxslər hələ də vəzifə başındadırlar. Görünür, qardaş Türkiyədə də bu məsələ çox diqqətlə izlənildiyindən C.Osmanlının Odlar Yurdu Universitetindəki fəaliyyəti cidd narahatçılıq doğurub…

P.P.S. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ