SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Başından vurulan Elmar Vəliyevin səhhəti ilə bağlı YENİ XƏBƏR

Başından vurulan Elmar Vəliyevin səhhəti ilə bağlı YENİ XƏBƏR

Tarix:

3-06-2019, 16:03

/ 1 098 dəfə oxundu.
Başından vurulan Elmar Vəliyevin səhhəti ilə bağlı YENİ XƏBƏR

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı yeni məlumat yayılıb.

Moderator.az-a istinadən xəbər veririk ki, ötən ilin 3 iyulunda sui-qəsd zamanı başından aldığı zərbə nəticəsində ağır xəsarət alan keçmiş başçının sağlıq durumu tamam normallaşıb və istər yaddaşı, istərsə də həyat qabiliyyəti 95 faiz bərpa olunub.

Bildirilir ki, ötən il Türkiyədən olan məşhur həkimlər onun sağlamlığını bərpa etməsi üçün 1 illik müddət təyin etmələrinə baxmayaraq E. Vəliyev bu prosesi 1 ay tez, yəni 11 aya bərpa edib. Bu həkimlərin bir neçə gün öncəki təkrar müəyinəsinin nəticəsində bəlli olub.

Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə təkrar Türkiyədə müayinələrdən keçəndən sonra E. Vəliyevin tamamilə sağaldığı barədə cəmiyyətə müfəssəl informasiya veriləcək, hətta ola bilsin ki, keçmiş başçı iddiaların təsdiqi kimi hansısa media orqanına video-müsahibə də versin.

Şərhlər

XƏBƏR LENTİ