SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Popkorn satan gənc tapıldı - Nazirliyin təklifi var

Popkorn satan gənc tapıldı - Nazirliyin təklifi var

Tarix:

9-05-2019, 14:22

/ 1 138 dəfə oxundu.
Popkorn satan gənc tapıldı - Nazirliyin təklifi var

Təhsil Nazirliyinin “Azneft meydanı” yaxınlığındakı keçiddə popkorn satan yeniyetmə ilə hərəkətə keçib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov həmin gəncə peşə məktəbində təhsil almaq imkanı təklif ediləcəyini açıqlayıb:

“Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.
Əmək Məcəlləsi 15 yaşından sonra işləmək hüququ verir.

İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək”.

Xatırladaq ki, millət vəkili Rasim Musabəyov sosial şəbəkədə keçiddə popkorn satan gəncin fotosunu paylaşaraq satıcının icazəsiz işləməsinə, vergi ödəməməsinə diqqət çəkməyə çalışaraq məmurları bununla bağlı tədbir görməyə çağırmışdı. Deputat bu statusuna görə tənqid hədəfi olmuşdu.

Şərhlər

XƏBƏR LENTİ