SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kənan Hacı tapıldı

Kənan Hacı tapıldı

Tarix:

16-03-2017, 13:18

/ 1 613 dəfə oxundu.
Kənan Hacı tapıldı

Yazar Kənan Hacı bu gün sosial şəbəkədə vida statusu paylaşıb

Məlumata görə, o, artıq yorulduğunu, günahlarının bağışlanacağına ümid etdiyini qeyd edib.

Paylaşımının sonunda isə Hacı “salamat qalın” ifadəsini işlədib.

Yazarın bu statusundan sonra yaxınları, dostları təşvişə düşüb. Onun intihar edəcəyindən narahat olublar.

Millət vəkili Qənirə Paşayeva da hadisə ilə maraqlanıb. Deputat bildirib ki, onun Yasamalda yaşadığı mənzilə gedib. Məlum olub ki, Kənan Hacı yaşadığı evində yoxdur.

Kənan Hacının həyat yoldaşı İlhamə Dağlının millət vəkilinə verdiyə məlumata görə, əri bu səhər Buzovnadakı ata evinə gedəciyini bildirib. Həmin evi isə yoldaşından başqa şəxslər tanımır. Q.Paşayeva İlhamə Dağlı ilə bərabər Buzovnaya gedəcəyini əlavə edib.

***

Qənirə Paşayeva bildirib ki, Kənan Hacı ilə əlaqə saxlamağa müvəffəq olub. Deputatın sözlərinə görə, yazar hazırda şəhərdə, İTV tərəflərdədir:

“Psixoloji olaraq gərgindi. Mən də həyat yoldaşı İlhamə xanımla birgə onunla söhbətləşməyə gedirəm”.

“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ