SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda özünü məktəbin pəncərəsindən atan şagird VƏFAT ETDİ

Bakıda özünü məktəbin pəncərəsindən atan şagird VƏFAT ETDİ

Tarix:

6-04-2019, 12:24

/ 1 055 dəfə oxundu.
Bakıda özünü məktəbin pəncərəsindən atan şagird VƏFAT ETDİ

Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişib.

Bu barədə "Report"a mərhumun anası Sevil Hüseynova məlumat verib.

Qeyd olunub ki, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb.

Xatırladaq ki, aprelin 4-də Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Yelena Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Şərhlər

XƏBƏR LENTİ