SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident icra başçılarının yerini dəyişdi

Prezident icra başçılarının yerini dəyişdi

Tarix:

5-04-2019, 14:58

/ 1 159 dəfə oxundu.
Prezident icra başçılarının yerini dəyişdi

Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Eyni zamanda Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Şərhlər

XƏBƏR LENTİ