SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişdi — EKSKLÜZİV

Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişdi — EKSKLÜZİV

Tarix:

29-03-2019, 21:56

/ 1 785 dəfə oxundu.
Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişdi — EKSKLÜZİV

Aprel ayında Bakıda yerləşən dəbdəbəli "Böyük Saray" şadlıq evində Milli Məclisin 2 deputatı övladına toy edəcək.
Demokrat.az xəbər verir ki, aprelin 5-də sözügedən şadlıq sarayında Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Orxan Məmmədovun toy mərasimi olacaq.
Orxan bəy Gülşən adlı xanımla ailə həyatı qurur.
Aprelin 12-də isə "Böyük Saray" şadlıq evində Milli Məclis sədrinin Birinci müavini Ziyafət Əsgərovun qızı Aytən Əsgərovanın da toy mərasimi keçiriləcək.

Aytən xanım isə Ceyhun adlı bəylə ailə həyatı qurur.

Hər iki bəylə gəlini Allah xoşbəxt etsin!
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı Birinci vitse-spiker Ziyafət Əsgərov elan edib ki, Parlamentin növbəti iclası aprelin 9-da keçiriləcək.
Xatırladaq ki, Milli Məclisin növbəti plenar iclasının aprelin 12-də keçirilməsi nəzərdə tutulurdu. İclas Ziyafət Əsgərovun qızının toy gününə təsadüf etdiyi üçün Milli Məclisin növbəti plenar iclasının vaxtının ertələndiyi ehtimal edilir.

Demokrat.az
Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişdi — EKSKLÜZİV
Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişdi — EKSKLÜZİV
Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişdi — EKSKLÜZİV

Şərhlər

XƏBƏR LENTİ