SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - Fotolar

Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - Fotolar

Tarix:

14-03-2019, 15:36

/ 1 838 dəfə oxundu.
Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - Fotolar

Lənkəran rayon icra başçısının oğlanları bu günədək müxtəlif məqamlarlarla bağlı gündəmə gəlib. Beləki yayılan məlumatlara görə Taleh Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib.

AzFakt.com xəbər verir ki, icra başçısının "Hacı" ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Belə ki, dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir. Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.

Daxil olan məlumatda bildirilir ki, hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz. Üstəlik, tender yolu ilə «qalib» gəldiyi işləri də həyata keçirməkdə davam edən Lənkəranın «Hacı» balası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.
Qeyd edək ki, mətbuatda Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib. Daxil olan məlumata görə, Lənkəran Gənclər Mərkəzi Seymur Qaraşovun rayonda sahib olduğu son obyekt olmayıb. Bu günlərdə Seymur Qaraşova məxsus "Dəniz" otelinin açılışı olub.

Ən azı 5 milyon manata başa gələn otelə işçi personalı artıq tam yığılıb.

Qeyd edək ki, oteldə böyük restoran və əyləncə mərkəzi də fəaliyət göstərir. O cümlədən uşaqların əylənməsi üçün atraksionlar, müxtəkif əyləncə qurğuları otel ərazisində quraşdırılıb.

Mənbə bildirir ki, otelin tikintisinə Seymur Qaraşov bir qəpik də olsun pul xərcləməyib. Bütün maliyyə xərclərini Lənkəranın yerli məmurları çəkməli olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - Fotolar
Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - Fotolar
Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - Fotolar

Şərhlər

XƏBƏR LENTİ