SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müsavatın yürüş və mitinq istəyinə rəsmi cavab verildi

Müsavatın yürüş və mitinq istəyinə rəsmi cavab verildi

Tarix:

5-03-2019, 17:12

/ 1 699 dəfə oxundu.
Müsavatın yürüş və mitinq istəyinə rəsmi cavab verildi

Müsavat partiyasının martın 10-da yürüş və mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə cavab verilib.

Gülağa Aslanlı, Razim Əmiraslanlı, Fərəc Kərimovun imzaladığı müraciətdə siyasi partiya funksionerləri metronun “Azadlıq prospekti” stansiyasının çıxışından S.S.Axundov küçəsi ilə keçməklə yürüş və “Dərnəgül” stansiyasının yuxarısındakı meydanda mitinq keçirmək, həmçinin metronun “20 Yanvar” stansiyasının çıxışından H.Zərdabi prospektindən keçməklə yürüş və Yasamal Rayonu “Məhsul” stadionunda mitinq keçirmək istədiklərini bildiriblər.

Bakı Şəhər İcra Hakimiyyəti bu gün cavabı təşkilatçılardan biri Razim Əmiraslanlıya təqdim edib.

Məktubda qeyd edilib ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sayının artımı ilə əlaqədar yollarda tez-tez sıxlıq müşahidə olunur. Yolların bağlanması, tıxacların yaranması paytaxt sakinlərinin narazılığına səbəb olur. Eyni zamanda qeyd edilən yürüş istiqamətləri əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışları olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində ciddi problemlər yaradacaq.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq respublikanın şəhər və rayon mərkəzlərində yığıncaq, mitinq və nümayişlərin keçirilməsi üçün açıq və qapalı yerlər müəyyən edilib və onların siyahısı mətbuatda dərc edilib.

Bunları nəzərə alaraq 10 mart 2019-cu il tarixdə planlaşdırdığınız yürüş-mitinqin keçirilməsini məqsədəuyğun hesab edilmir.

Şərhlər

XƏBƏR LENTİ