SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 65 yaşlı keçmiş polis məktəb direktoru təyin olundu

65 yaşlı keçmiş polis məktəb direktoru təyin olundu

Tarix:

10-03-2017, 16:51

/ 2 661 dəfə oxundu.
65 yaşlı keçmiş polis məktəb direktoru təyin olundu

Bir ay əvvəl heç bir səbəb göstərilmədən vəzifədən çıxarılan Buzovnadakı İ.Tağıyev adına 26 saylı tam orta məktəbin direktoru Natiq Səmədovun yerinə yeni təyinat olub.
Daxil olan məlumata görə, sözügedən məktəbə uzun illər polis orqanlarında çalışan, islah əmək müəssisələrində müəssisə rəisi vəzifəsində işləyən Əlican Əlicanov direktor təyin olunub.

Ə.Əlicanov 2004-cü ildən bu məktəbdə Hərbi rəhbər vəzifəsində çalışırmış.
Qısa məlumat!
Əlicanov Əlican Hüseyn oğlu 1951-ci ildə Dəvəçi rayonunun Nohurlar kəndində anadan olub. 1971-ci ildən Azərbaycan Daxili İşlər Nazirliyinin şöbələrində çalışıb. İşlədiyi müddət ərzində şöbə rəisi, rəis müavini, islah əmək müəssisələrində müəssisə rəisi vəzifəsində işləyib.
İşlədiyi müddət ərzində fəxri fərmanlarla, medallarla təltif olunub. 1980-cı ildə Moskva Polis Akademiyasına daxil olub, 1985-ci ildə Hüquqşünas ixtisası üzrə bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
Bizimxeber.az-a daxil olan məlumata görə, əvvəlki direktor Natiq Səmədovun zamanında məkltəbin təsərrüfat işləri üzrə müavini Rüstəm Muradov da yeni direktorun istəyi ilə vəzifədən uzaqlaşdırılıb.
Elə isə diqqət edək. Təqaüd yaşı çatmış bir şəxsin məktəb direktoru təyin edilməsi nə qədər doğrudur? Bildiyimiz kimi, direktor təyinatı imtahanla aparılan bir prosessin tərkib hissəsidir. Görünür 65 yaşlı keçmiş Polkovnik – leytenant bu yaşda imtahan da verib və ya imtahansız direktor olub. Əlican Əlicanovun imtahan verib-vermədiyi ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bizimxeber

Şərhlər

XƏBƏR LENTİ