SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramil Usubovdan mühüm əmr: - İki generalın yerini dəyişdi

Ramil Usubovdan mühüm əmr: - İki generalın yerini dəyişdi

Tarix:

15-01-2019, 10:34

/ 1 274 dəfə oxundu.
Ramil Usubovdan mühüm əmr: - İki generalın yerini dəyişdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Unikal.org-a istinadən xəbər veririk ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən təsdiqləyiblər.

Qeyd edək ki, S. Bağırov daha əvvəl də DİN-in Çevik Polis Alayının komandiri işləyib.

Şərhlər

XƏBƏR LENTİ