SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı-Sumqayıt yolunda qəzada həlak olan qızın bu ay toyu olacaqmış

Bakı-Sumqayıt yolunda qəzada həlak olan qızın bu ay toyu olacaqmış

Tarix:

10-03-2017, 12:44

/ 2 580 dəfə oxundu.
Bakı-Sumqayıt yolunda qəzada həlak olan qızın bu ay toyu olacaqmış

Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı həlak olan tələbə Roza Muradovanın atasının bu xəbəri eşitdikdən sonra infarkt keçirərək vəfat etməsi ilə bağlı məlumatlar yayılıb

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova bildirib ki, yayılan məlumatlar doğru deyil.

SDU-nun rəsmisi qeyd edib ki, ötən gün universitet rəhbərliyi yas mərsimində iştirak edib və tələbənin atası orada olub.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda baş verən mikroavtobus qəzası zamanı həlak olan tələbə Roza Muradova nişanlı olub və bu ay onun toyu olmalı idi.

Şərhlər

XƏBƏR LENTİ