SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıt Regional Mədəniyyət İdarəsinin müdiri yüksək vəzifəyə gedir?

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müdiri yüksək vəzifəyə gedir?

Tarix:

27-12-2018, 12:09

/ 1 088 dəfə oxundu.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müdiri yüksək vəzifəyə gedir?

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müdiri Mehman Şükürovun gələn ilin əvvəlində Mədəniyyət nazirliyində yüksək vəzifəyə təyinat alacağı barədə məlumat yayılıb.

AzToday.az xəbər verir ki, mədəniyyət kluarlarında dolaşan xəbərə görə, Mehman Şükürov Mədəniyyət nazirliyinin Regional Siyasət şöbəsinin müdiri vəzifəsinə gedəcək. Həmçinin məlumatda o da qeyd edilir ki, Mədəniyyət nazirliyinin Regional Siyasət şöbəsinin hazırkı müdiri Pərviz İsgəndərli nazir müşaviri təyin olunacaq.

Sumqayıt İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədovla quda olan Mehman Şükürovun yüksək vəzifəyə getmək məsələsində güvəndiyi digər şəxs isə həmyerlisi SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovdur. İddia olunur ki, Mehman Şükürovun hazırda Mikayıl İsmayılova çıxışı olmasa da son aylar bütün vasitələrlə həmyerlisi ilə əlaqələr yaratmaq istəyindədir.

Xatıladaq ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun hələ illər öncə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru olduğu zaman teatrda çoxlu sayda “ölü can”ların olması barədə ölkə mətbuatında qalmaqallı məlumatlar yer almışdı. O zaman bu barədə hüquq mühafizə orqanlarının teatrda apardığı araşdırma zamanı da bu fakt öz təsdiqini tapıbmış.

Həmin ərəfədə vəzifədən azad edilən Mehman Şükürov mətbuata açıqlama verərək mədəniyyət sahəsindən birdəfəlik getdiyini (http://www.mia.az/w102331/details/) desə də, sonradan Sumqayıt Regional İdarəsinə müdir təyin edildi.

Aztoday.az

Şərhlər

XƏBƏR LENTİ