SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hadi Rəcəbli Prezidentin doğum gününü bilmir - Komitə sədrindən LAQEYDLİK

Hadi Rəcəbli Prezidentin doğum gününü bilmir - Komitə sədrindən LAQEYDLİK

Tarix:

24-12-2018, 11:53

/ 2 108 dəfə oxundu.
Hadi Rəcəbli Prezidentin doğum gününü bilmir - Komitə sədrindən LAQEYDLİK

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri, deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Hadi Rəcəbli Prezident İlham Əliyevin doğum tarixini bilmir.


Demokrat.Az xəbər verir ki, Hadi Rəcəbli bu gecə özünün "facebook" səhifəsində və bloğunda Prezident İlham Əliyevin qarşıdan gələn ad günü münasibətilə dövlət başçısını təbrik edib. Ancaq Komitə sədri öz təbrikində Prezident İlham Əliyevin ad gününün həmin günü olduğunu qeyd edib.

Hadi Rəcəblinin həmin fikirlərini olduğu kimi təqdim edirik:

"Bu gün İlham Əliyev cənablarının doğum günüdür.

Hörmətli Cənab Prezident.

Sizi doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.

Ulu öndərimiz Heydər Əliyevin bəşəri ideyalarının çiçəklənməsi naminə atdığınız addımlar nəticəsində ölkəmiz davamlı tərəqqi mərhələsinə qədəm qoymuşdur.Ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmışdır.Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində gördüyünüz işlər isə əvəzsiz və xüsusi diqqətəlayiqdir.

Hörmətli Ali Baş Komandan.

Bir daha doğum gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə bizim təbriklərimizi qəbul etməyinizi Zati-alinizdən xahiş edirik. Böyük ailəniz olan Azərbaycan xalqı və bizlər həmişə
Sizinlə qürur duyuruq.

Millət vəkilinin digər səhifəsini də izləyə bilərsiniz".

Qeyd edək ki, Prezident İlham Əliyevin doğum günü dekabrın 24-də qeyd olunur.

Demokrat.Az
Hadi Rəcəbli Prezidentin doğum gününü bilmir - Komitə sədrindən LAQEYDLİK
Hadi Rəcəbli Prezidentin doğum gününü bilmir - Komitə sədrindən LAQEYDLİK

Şərhlər

XƏBƏR LENTİ