SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yol polisləri ana və körpəsini xilas etdilər

Yol polisləri ana və körpəsini xilas etdilər

Tarix:

4-12-2018, 17:38

/ 1 141 dəfə oxundu.
Yol polisləri ana və körpəsini xilas etdilər

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində qəza hadisəsi baş verib. Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən yolda qəzaya düşüblər. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdiriblər. Özləri də YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlərin də müdaxiləsi ilə ona köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər 2 polis əməkdaşının şərəfinə elə Samir adı qoyulacağını deyiblər.

Hazırda ana və övladının vəziyyəti yaxşıdır.

Şərhlər

XƏBƏR LENTİ