SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Neftçilər Xəstəxanasın NURÇU baş həkimi Eldar Mahmudovun adamı çıxdı

Neftçilər Xəstəxanasın NURÇU baş həkimi Eldar Mahmudovun adamı çıxdı

Tarix:

7-03-2017, 17:03

/ 2 003 dəfə oxundu.
Neftçilər Xəstəxanasın NURÇU baş həkimi Eldar Mahmudovun adamı çıxdı

Dövlət Neft Şirkətinin işçiləri bu səhiyyə ocağında pulsuz müayinə edilib müalicə ala bilmirlər. Səbəb isə MTN"işində" adı hallanan Leyla Seyidbəylinin səhiyyə ocağını öz qanunları ilə idarə etməsidir. Beləki, Dövlət Neft Şirkətində çalışan və məlum səbəbdən adlarının açıqlanmasını istəməyən bir qrup şəxs müraciət ediblər. Şikayətçilər Mərkəzi Neftçilər Xəstəxanasında baş alıb gedən özbaşınalıqlardan və onlara qarşı ögey münasibətdən şikayətçidirlər. Belə ki, şikayətçilər bildirirlər ki, onların müəlicə haqqı sığorta müqaviləsi əsasında SOCAR tərəfindən ödənilməsinə baxmayaraq, Mərkəzi Neftçilər Xəstəxanasında onlara gəlir mənbəyi kimi baxırlar. Hər şeydən əvvəl onların arzu etdikləri tibbi xidməti və müalicəni ala bilmirlər və normal müalicə olunmaq üçün əlavə «ödəniş» şərtdir.

Şikayətçilərin bildirdiyinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında faktiki olaraq bütün yaxşı həkimlər və tibb personalı xəstəxananın ödənişli sektorunda fəaliyyət göstərirlər. Bir qayda olaraq pulsuz müalicə sektorunda nisbətən təcrübəsiz həkimlər və tibbi personal çalışır. Ona görə də burda normal müalicə olunmaq mümkün deyil. Normal müalicə almaq üçün ödənişli sektora müracitət etmək qaçılmazdır. Burda isə müalicə qiymətləri özəl klinikalardan heç bir şeylə fərqlənmir. Halbuki SOCAR-ın xətti ilə müalicəyə gələn xəstələr heç də pulsuz müalicə almırlar. Onların müalicəsi üçün SOCAR Mərkəzi Neftçilər Xəstəxanasına kifayət qədər ödəniş edir. Buna baxmayaraq, Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi onları pullu müalicə almaq məcburiyyətində qoyur.

Ən əsası isə şikayətçilər xəstəxanada dərmanların və tibbi ləvazimatların onlara pulla satıldığını iddia edirlər. Qeyd edək ki, ötən illərdə Mərkəzi Neftçilər Xəstəxanasına dərman və tibbi ləvazimatların alınması üçün 1 milyon 300 min manatdan artıq vəsait ayırıb. sonrakı ildə isə Mərkəzi Neftçilər Xəstəxanasına dövlət tərəfindən 2 milyon yüz min manatdan artıq vəsait dərman və tibbi ləvazimatların alınması üçün ayrılıb. Sual olunur, xəstəxananın rəhbərliyi bu qədər vəsaiti hara sərf edir? Yeri gəlmişkən sözü gedən xəstəxananın baş həkimi Leyla Seyidbəyli Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun bacısıdır. Ənvər Seyidovun adı isə Azərbaycanda qalmaqallı məhkəmə işlərinin icraatçısı kimi kifəayyət qədər səslənib. Elə bu səbəbdən də Ənvər Seyidov məhkəmə-hüquq sistemində lazımı "fiqura" çevrilib. Məlumatlara görə isə Leyla Seyidbəyli də qardaşının bu statusundan istifadə edib, xüsusilə də mətbuatı məhkəmə ilə hədələyib hardasa susdura bilir. Hətta, məlum MTN çetesində baş həkimin adının hallandırılması, sifarişli yazıların ona yaxın mətbuat orqanlarında dərc edilməsi şübhəli və cavabsız sualların havada qalması kimi müəmmaları ictimaiyyət birmənalı qarşılamır.

Məlumat üçün bildirək ki,adı Eldar Mahmudov çetesinde hallanan NURÇU baş həkim Leyla Seyidbəyli, Ağsu icra başçısı Ənvər Seyidəliyevin bacısı, Milli Məclisin sədri Oktay Əsədovun baldızıdır. Leyla Seyidbəyli Bakı Səhiyyə idarəsininrəhbəri olan vaxtlarda, 2016-cı ildə DTX-nin əməkdaşları tərəfindən həbs edilən sayt və qəzet rəhbərləri ilə əlbir olaraq, səhiyyə ocaqlarının baş həkimlərini şantaj edib pul qoparılmasında da adı keçib...

Qeyd edək ki, tədqiqatçı-jurnalist Arif Rzanın təqdimatında bu məsələlər araşdırılır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ