SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident İlham Əliyev Tahir Salahova telefonla zəng etdi

Prezident İlham Əliyev Tahir Salahova telefonla zəng etdi

Tarix:

29-11-2018, 12:41

/ 1 131 dəfə oxundu.
Prezident İlham Əliyev Tahir Salahova telefonla zəng etdi

Dövlətimizin başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir ki, dövlətimizin başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına - 1-ci dərəcəli “Əmək” ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Şərhlər

XƏBƏR LENTİ