SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq daxili işlər nazirinin qardaşı həbs edildi

Sabiq daxili işlər nazirinin qardaşı həbs edildi

Tarix:

14-11-2018, 12:18

/ 1 808 dəfə oxundu.
Sabiq daxili işlər nazirinin qardaşı həbs edildi

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov həbs edilib.

Bu barədə məlumatı Azinforum.az etibarlı qaynaqlardan əldə edib. Əvəz Əhmədov uzun müddətdir ki, Bakıda yaşayır və biznes fəaliyyətilə məşğul olur. Onun paytaxtın bir neçə yerində müxtəlif profilli ticarət və iaşə “obyektləri” fəaliyyət göstərir. Əvəz Əhmədovun hansı qurum tərəfindən saxlandığı və hansı cinayət əməlini törətməkdə ittiham edildiyi ilə bağlı hələ ki, heç bir rəsmi məlumat verilməyib.

Əvəz Əhmədovun həbs edilməsinə səbəb başqa bir iş adamı ilə aralarında yaranmış pul mübahisəsi olub. Bunun da nəticəsində həmin iş adamı sabiq nazirin qardaşından hüquq-mühafizə orqanlarına şikayət verib. Həmçinin qeyd edilir ki, Əvəz Əhmədova Bakı şəhərində fəaliyyət göstərən “obyektlərində” külli miqdarda vergidən yayınma ittihamı da irəli sürülüb.

Şərhlər

XƏBƏR LENTİ