SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazim İbrahimov və diasporlardan milyonların hesabı sorulur - Sensasiya

Nazim İbrahimov və diasporlardan milyonların hesabı sorulur - Sensasiya

Tarix:

18-01-2017, 00:14

/ 2 092 dəfə oxundu.
Nazim İbrahimov və diasporlardan milyonların hesabı sorulur - Sensasiya

Manatın devalvasiyası kəmərsıxma işini bərkidir. Hökumət büdcədən sağa-sola axan kapitala nəzarət etmək üçün yeni siyasi kurs götürüb. Bu iqtisadi siyasətin növbəti elementi xaricdəki diaspor təşkilatlarının fəaliyyətini təftiş etməkdir

Əldə etdiyimiz xəbərdə belə deyilir və artıq hərəkətlənmə haqda məlumatlar gəlməkdədir. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən çatan vəsaitlərin hara xərcləndiyi və maliyyə mənimsəmələri olduğu barədə iddialar var.

Hökumət böhran dövründə qənaət etmək üçün bu pul kütləsinin hara getdiyini aydınlaşdırmağa çalışır.

Rəsmi Bakıya yönəlik anti-təbliğatın arxasında erməni lobbisinin dayanmasının faktlarla sübutu iqtidarı xarici siyasət və diaspora siyasətinə yenidən baxmağa vadar edib.

Neftin dünya bazarında sürətlə ucuzlaşmasının Azərbaycan hökumətinin arxayın bəyanatlarına baxmayaraq, ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi aydın idi.

Hələ bir neçə il öncə prezident İlham Əliyev xaricdəki səfirlərimizlə Bakıdakı illik toplantısında bəyan etmişdi ki, Azərbaycan diplomatiyası müdafiədən hücum diplomatiyasına keçid etməlidir.

Bundan sonra Azərbaycan diplomatiyası həqiqətən uğur qazanmağa başladı, xüsusilə Qarabağ məsələsində Ermənistan küncə sıxışdırıldı.

Rusiya-Qərb münasibətlərinin kəskin pisləşməsi Azərbaycanı öz yanında görmək istəyən beynəlxalq güclərin hədəfinə çevirdi. Amma ortada ciddi yeyintilər olub. İndi hakimiyyət hesab sorur: kim nə qədər xərcləyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da başının üzərini qara buludlar alıb.

N.İbrahimov 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, 2008-ci ildən isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir.

Azərbaycanın xarici ölkələrdəki diaspora qurumlarına cavabdeh olan, hər il bu işə milyonlarla dövlət vəsaiti xərclənən Diasporla İş üzrə Dövlət Komitəsinin də fiaskosu göz önündədir.

Onlarla Azərbaycanın diaspora təşkilatları fəaliyyət göstərir, jurnallar, qəzetlər, broşürlər dərc edilir, dövlətin pulu xərclənir.Amma bu qurumların zərrə qədər də təsir imkanları yoxdur.

Yeri gəlmişkən, Azərbaycan səfirlərinin bəziləri qonaq qarşılayıb yola saldığı kimi, Diaspora Komitəsinin də bəzi “diaspor təşkilatları”nın xüsusən Avropada bizneslə məşğul olması da yenilik deyil.

Şərqi Avropada və Rusiyada meyvə-tərəvəz, Mərkəzi Avropada parfümeriya-geyim biznesində N.İbrahimovun “diaspor təşkilatlarının” ciddi paya sahib olduğu deyilir. Diaspora işinə pul lazımdır, amma dövlətin diasporaya ayırdığı pulu kimlərinsə biznes şəbəkəsinə yönəltmək...

Şərhlər

XƏBƏR LENTİ